QAİR Tovuz bölgəsində yaranmış vəziyyətlə bağlı konfrans keçirdi
Qərbi Azərbaycan İrəvan Respublikası (QAİR) Millət Şurasının sədri Qafar Çaxmaqlının rəhbərliyi ilə iyulun 16-da Qərbi Azərbaycan İrəvan Respublikası Sədarətinin növbəti toplantısı keçirilib.
Rakus.az xəbər verir ki, Qərbi Azərbaycan İrəvan Respublikası mətbuat xidmətinin məlumatına görə,
toplantıda iyul ayının 12-də Tovuz bölgəsində ermənilər tərəfindən Azərbaycanın dövlət sərhədlərinə edilən növbəti hərbi təcavüz aktı, o cümlədən Azərbaycan ordusunun bir generalı olmaqla bir neçə yüksək rütbəli zabitlərin, əsgər və gizirlərin şəhid işolması, bölgədə yaranan hərbi-siyasi vəziyyət, ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağla bağlı münaqişənin tənzimlənməsində yarıtmaz fəaliyyətini pisləyən, erməni dövlətinin və diasporunun beynəlxalq təşkilatlarda, ABŞ və başqa ölkələrdə Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyətlərini özündə əks etdirən bəyanatın hazırlanması və dünya ictimaiyyətinə təqdim edilməsi qərarı qəbul edildi.
Bəyanatda Türkiyə-Azərbaycan hərbi-siyasi ittifaqının yaradılmasına dair konkret addımlar atılması, o cümlədən millətimizin və dövlətimizin birliyi naminə müəyyən işlərin görülməsi qeyd edildi.
Daha sonra İrəvan bölgəsinin Tədqiqatı İnstitutu təsis edildi və Əli Vəliyev institutun rəhbəri seçildi