Dünya 20.07.2020 14:51

“Mars” missiyası kosmosa getdi

İyulun 20-də Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ilk kosmik missiyasının Yaponiyanın “Taneqaşima” Kosmik Mərkəzindəki kosmodromdan Marsa göndərilməsi uğurla həyata keçirilib.

Rakus.az xəbər verir ki, bu barədə BƏƏ-nin Məhəmməd bin Rəşid Kosmik Mərkəzi məlumat yayıb. “Hope Probe” Mars zondunu qırmızı planetin orbitinə çatdıracaq “Nippon” raketdaşıyıcının buraxılışı ərəb ölkələrinin, habelə dünyanın bir çox informasiya agentlikləri və telekanalları tərəfindən translyasiya olunub. Bu, ərəb dünyasında Marsa göndərilən ilk missiyadır.

Kosmosa buraxılışı iyulun 15-də nəzərdə tutulan, lakin əlverişsiz hava şəraiti səbəbindən təxirə salınan kosmik gəmi Marsa 2021-ci ilin fevralında – BƏƏ-nin yaradılmasının 50 illik yubileyində çatacaq. Ərəb ölkələri arasında ilk missiyanın layihəsi əmirliklərin Məhəmməd bin Rəşid Kosmik Mərkəzinin ABŞ-ın Kolorado, Berkli və Arizona universitetləri ilə əməkdaşlığı şəraitində 2014-cü ildən həyata keçirilir. Mars zondunun planetin orbitində uçuşu altı ay davam edəcək və o, 493 milyon 500 min kilometr məsafə qət edəcək.

Qırmızı planetə göndəriləcək missiya BƏƏ-nin iqtisadiyyatının şaxələndirilməsi, habelə mühəndislik və texnologiyanın inkişafı baxımından əhəmiyyətlidir. Əmirliklərin rəsmiləri qeyd ediblər ki, kosmik gəminin buraxılışa hazırlanması apreldən başlayaraq Yaponiyada həyata keçirilib. BƏƏ-nin missiyası Marsın atmosferini və havasını tədqiq edəcək, Yerə məlumatlar isə gələn ilin avqust-sentyabr aylarında göndəriləcək. Kosmosa artıq 2 peyk və Beynəlxalq Kosmik Stansiyaya bir astronavt göndərən BƏƏ Mars missiyasını uğurla həyata keçirəcəyinə inanır.

ABŞ, Çin, Avropa Kosmik Agentliyi və Rusiyanın “Roskosmos” agentliyi də qarşıdakı illərdə Marsa missiya göndərməyi planlaşdırır.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO