Nurinin oğlunun ad günü oldu - FOTO - VİDEO
Müğənni Nuri Sərinləndiricinin oğlunun ad günü olub.
Rakus.az xəbər verir ki, sənətçinin övladının bir yaşı tamam olub.
Duet ortağı Jane Şirokihlə ailəli olan Nuri oğlunun 1 yaşını şəhər restoranlarından birində qeyd edib.
Cütlüyün layihələri üzrə rəhbəri, teleaparıcı Lamiyyə Ələkbərqızı əməkdaşımızla söhbətində bildirib ki, gecənin əslində mediadan gizli keçirilməsi planlaşdırılıb.
Məşhur cütlüyün övladını ilk dəfə saytımız görüntüləyib.
Dəbdəbəli gecəyə əməkdar artist İlqar Muradov, Könül Kərimova, Abbas Bağırov, müğənnilər Zamiq Hüseynov, Rəhim Rəhimli, Günay İbrahimli, Sevda Yahyayeva, Elton Hüseynəliyev, Rüfət Axundov, Nadir Qafarzadə və bir çox tanınmış sima dəvət edilib.
Xatırladaq ki, cütlük 2017-ci ilin aprelində Dominikanda evlənib.