Kainatın 13,8 milyard yaşı var – FAKT
Astrofiziklərdən ibarət beynəlxalq qrup kainatın yaşını yenidən hesablayaraq 13,8 milyard il olduğunu təsdiqləyib.
Rakus.az xəbər verir ki, Çilinin Atakama səhrasındakı dünyanın ən böyük teleskopu (ACT) vasitəsilə əldə edilmiş məlumatlar “Plank” kosmik rəsədxanasının standart modeli və hesablamaları ilə üst-üstə düşüb.
Kainatın yaşı astrofiziklərin vahid fikrə sahib olmadıqları bir araşdırma mövzusudur. Lakin keçən il alimlər qalaktikaların hərəkətlərinə əsasən onun yaşının 2,3 milyard ildən aşağı olduğunu bildiriblər. Bu cür fərq yeni hesablama modelinin yaradılmasına və ya hesablamalarda səhvin olmasına işarə edirdi. “ACT”ın komandası ilk işığı tədqiq edərək kainatın yaşını təyin edib. Komandanın hesablaması “Plank” rəsədxanasının müşahidə nəticələri ilə eyni olub.
Beləliklə kainatın təqribi olaraq 13,77 milyard yaşı var. Əldə edilmiş məlumatlar həmçinin kainatın genişlənmə sürətini də anlamağa kömək edib.
Kainatın genişlənmə sürəti “Habbl sabiti” ilə ölçülüb. Məlumata əsasən 3,26 milyon işıq ili məsafəsində yerləşən obyekt bizdən saniyədə 67,6 kilometr sürətlə uzaqlaşır.