Dünya 23.07.2020 13:34

Xələf Xələfov brifinq keçirdi, erməni təxribatını lənətlədi

“Bilirsiniz ki, bu qarşdurmalarda Azərbaycan tərəfindən vətənpərvər insanlar iştirak edir və bunlar dinc yolla Ermənistanın işğalçı siyasətinə qarşı etirazlarını bildirirlər. Ermənilər tərəfdən isə radikal erməni qruplaşmaları, heç bir hücum faktlarından, heç bir riyakarlıqdan çəkinməyərək Azərbaycana aid olan missiyalara, binalara Azərbaycan etnik mənsubiyətinə görə hücum etməklə məşğul olurlar”.

Rakus.az xəbər verir ki, bu fikirləri Azərbaycan  Xarici İşlər nazirinin müavini Xələf Xələfov bu gün keçirilən brifinqdə deyib.

O bildirib: “Mən erməni hakim rejiminə bildirmək istəyirəm ki, onların bu avantürası da boşa çıxacaq və boşa çıxmışdır da. Çünki dünyanın sivil ölkələri – harda bunlar sığınacaq tapıb yaşayırlar – heç vaxt imkan verməzlər ki, onların ölkələrində qanunun aliliyi, beynəlxalq hüquqa hörmət, irqi ayrı-seçkilik zəminində təxribatlar törədilsin. Bu təxribatlar törədilirsə, bunların qarşısı qətiyyətlə alınacaq.

İndiki Ermənistan rejimi hərb meydanında iflas olduqdan, sülh prosesində bankrot olduqdan sonra artıq Azərbaycana qarşı hücumları, təcavüzkarlıq siyasətini və azərbaycanlılara qarşı hücumları daha çox erməni icması yaşayan ayrı-ayrı ölkələrin mərkəzi şəhərlərinə, küçələrinə keçirib”.

X.Xələfov söyləyib ki, bu, Vaşinqtonda, Los-Ancelesdə, Varşavada, Brüsseldə, Parisdə Torontoda, Stokholmda və digər ölkələrin paytaxt və böyük şəhərlərində baş verməkdədir: “Mahiyyət ondan ibarətdir ki, Ermənistanın hakim rejiminin Azərbaycana qarşı təcavüzün genişləndirilməsi istiqamətində atdığı addımlar iflasa uğradıqdan və danışıqlar prosesində bankrot siyasət sahibi olmasından sonra dünya ictimaiyyətinin bu problemin həll olunmasındakı diqqətini yayındırmaq üçün bu cür iyrənc və məkrli addımlar atmağa başlayıb. Mən artıq ABŞ-ın Azərbaycandakı səfiri ilə də görüşmüşəm. Aldığımız məlumata görə, Los-Ancelesdə 3 min nəfərə yaxın erməni icmasının nümayəndələri sayca az olan Azərbaycan nümayəndələrinə hücum edib və onlara təzyiq göstərərək xəsarət yetirib, rəmzlərimizə qarşı vandalizm hərəkətləri törədiblər, nalayiq hərəkətlər ediblər”.

Nazir müavini təəssüf hissi ilə deyib ki, bütün baş verənlər polisin gözləri qarşısında baş verib: “Onlar vətəndaşlarımızın, icma nümayəndələrinin toxunulmazlığını qoruya bilməyib. ABŞ səfiri də bunu etiraf edib. Araşdırmalar başlayıb və səbəbkarlar məsuliyyətə cəlb olunacaq, məsələyə hüquqi qiymət veriləcək. Bu kimi görüşlər digər ölkələrin səfirləri ilə də keçirilir.

Azərbaycan dövləti hər bir vətəndaşın yanındadır və onların müdafiəsi üçün lazımi bütün addımları atır. Heç vaxt imkan verə bilmərik ki, Ermənistan xaricdə fəaliyyət göstərən missiyamıza təzyiq göstərsin. Bu təhdidlərin hamısının qarşısı qətiyyətlə alınacaq. Necə ki, bu gün Azərbaycan Ordusu işğal edilən torpaqlarımızı geri qaytarmağa qadirdir, eləcə də dövlətimiz də soydaşlarımzı qorumaqda, onlara dəstək olmağa hər zaman hazırdır və buna imkanları çatır”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO