Dünya 23.07.2020 14:00

“Ermənistanda faşizmə xüsusi məhəbbət var”.- XİN rəsmisi

“Tovuz rayonunda baş verən erməni təxribatı zamanı Serbiya silahlarından istifadə olunması ilə bağlı müvafiq danışıqlar aparılıb. Serbiya dövləti bu məsələ ilə bağlı rəsmi araşdırmalara başlayıb və biz yekun izahat gözləyirik”.

Rakus.az xəbər verir ki, bunu iyulun 23-də Xarici İşlər Nazirliyində keçirilən brifinqdə Xarici İşlər nazirinin müavini Xələf Xələfov deyib..

O bildirib ki, Serbiya tərəfi bu məsələnin ciddiyyətini anlayır: “Beynəlxalq hüquqda silah məsələsi ilə bağlı istehsalçı ölkə heç zaman məsuliyyətdaşıma mövqeyindən azad edilmir. Ermənistanda faşizmə xüsusi məhəbbət var. Onların həyata keçirdiyi siyasətdə faşizmin bütün elementlərinə rast gəlinir. Lakin, dünya artıq həqiqəti başa düşür və qəbul edir. “Mən Serbiyanın müvəqqəti işlər vəkilini dəvət edəndə çox açıq surətdə dedim ki, bizdə tam müfəssəl, tam dəqiq məlumatlar var ki, bu, baş verib. İndi söz Serbiya tərəfindədir. Bunu araşdırmalıdır və bizə izahat verməlidir. Baş verməsi və nəticələri barəsində. Təbii ki, biz səfirliyimiz vasitəsilə təmasları davam etdiririk. Səfirimiz orada müəyyən görüşlər keçirib, artıq bizə müəyyən cavablar veriblər. Hazırda Serbiya tərəfində bu məsələnin rəsmi araşdırılması prosesi gedir. Biz gözləyirik ki, yaxın zamanda dövlət tərəfindən aparılan bu araşdırma başa çatacaq. Azərbaycan tərəfinə adekvat olan bir izahat verəcəkdir. Biz Serbiya tərəfindən həm izahat, həm də bu addımların atılmasına gətirib çıxaran səbəblərin aradan qaldırılmasını tələb etmişik”.

Onun sözlərinə görə, ABŞ-ın Azərbaycandakı səfiri Los-Ancelesdə baş verənlərə görə təəssüfləndiyini bildirib. O, mənə baş verən faktlara bəraət qazanadırıla bilmədiyini dedi. Təbii ki, ermənilərin radikal hərəkətləri ictimai qiymətini alıb. Artıq Los-Anceles polisi məsələ ilə əlaqədar bəyənatla da çıxış edib”.

Nazir müavini bildirib ki, Azərbaycanın Los-Ancelesdəki Baş Konsulluğu və Vaşinqtondakı səfirliyinin mühafizəsinin təmin edilməsi məsələsi geniş müzakirə edilib: “Müzakirədən sonra nəinki həmin bölgələrdə, eləcə də digər paytaxtlarda bu məsələyə yenidən baxılacaq. Dost ölkələrdən xahiş etmişik ki, diplomatik missiyamızın təhlükəsizliyinin təmin olunması və mühafizəsinin gücləndirilməsi üçün əlavə addımlar atılsın. Çünki hər bir ölkə ilə normal münasibətimiz var. Beynəlxalq əlaqələr sistemində yaradılan əməkdaşlıqda qarşılıqlı əlaqələr dayanır. Bu məsələdə ikili standartlardan söhbət gedə bilməz. Bütün dövlətlər üçün Vyana öhdəlikləri tam məcburidir. Belə öhdəliklər qarşılıqlı prioritet xarakter daşıyır”.

Xarici İşlər nazirinin müavini deyib: “Ermənistan hakim rejimi bilməlidir ki, Azərbaycan dövlətinin qüdrəti onun millətinin, xalqının iradəsindən, birliyindən qaynaqlanır. Onu da bilsinlər ki, Azərbaycan dövləti hər yerdə öz vətənpərvər soydaşlarının yanındadır və yanında olacaq”.“Ermənistanın atdığı son addımları – xarici ölkələrdə bizə qarşı təşkil etdikləri hücumlar artıq nəticə vermir. Ona görə ki, Azərbaycan bu gün beynəlxalq münasibətlərə inteqrasiya olunmuş, beynəlxalq münasibətlərin çox nüfuzlu faktorlarından birinə çevrilmiş bir ölkədir. Azərbaycan ayrı-ayrılıqda hər bir ölkə ilə özünün beynəlxalq münasibətlər sistemini, ikitərəfli münasibətlər sistemini qurub. Bu sistemdə qarşılıqlı hörmət və qarşılıqlı öhdəliklər var. İnanıram ki, heç kim ermənilərin riyakarlığına, qəddarlığına, qaragüruhçuluğuna imkan verməyəcəklər”.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO