Astronomlar ilk dəfə TYC 8998-760-1 tipli Günəşə bənzər ulduz və iki nəhəng ekzoplanetdən ibarət sistemin görüntüsünü yayımlayıb.
Rakus.az xəbər verir ki, bu barədə “The Astrophysical Journal Letters”də dərc olunan məqalədə bildirilir.
Tədqiqatçılar Çilidə VLT (Very Large Telescope) teleskopundan istifadə edərək yeni planetləri birbaşa müşahidə ediblər.
Tapılan qaz nəhəngi Yupiterdən 14 dəfə böyükdür və 160 astronomik vahid məsafəsində ulduz ətrafında fırlanır (bir astronomik vahid Günəşdən Yerə olan orta məsafəyə bərabərdir). Müqayisə üçün, Pluton Günəşdən 39 astronomik vahid məsafəsindədir.
İkinci planet – TYC 8998-760-1-s ana ulduzdan 320 astronomik vahid uzaqdadır.
TYC 8998-760-1 16,7 milyon il əvvəl yaranıb. Alimlərin fikrincə, bu sistemin öyrənilməsi Günəş sisteminin yaranma modellərini aydınlaşdırmağa kömək edəcək. Populyar bir fikrə görə, nəhəng planetlər əvvəlcə Günəşdən uzaq məsafədə görünür və sonra daha yaxına miqrasiya edirlər.