Koronavirusa qarşı təbii vasitə tapıldı
Bir qrup beynəlxalq elm xadimi yosunların tərkibindəki heparinin ABŞ-da COVID-19-un müalicəsində fəal istifadə olunan “Remdesivir” dərmanından daha təsirli olması qənaətinə gəlib.
Rakus.az xəbər verir ki, alimlər dəniz yosunundan əldə edilən üzvi maddələrin – heparinin üç variantının və fukoidanların iki növünün antiviral aktivliyini testdən keçiriblər.
Məlum olub ki, heparin SARS-CoV-2-ni bloklamaq qabiliyyəti ilə “Remdesivir” də daxil olmaqla, bir çox antiviral dərmanları üstələyir.
“Hazırda COVID-19 infeksiyası burun daxilində başlayır və bu maddələrin hər hansı biri antiviral burun spreyinin yaradılması üçün əsas ola bilər.
Bununla infeksiyanı erkən mərhələdə müalicə etmək və hətta qarşısını almaq mümkündür”, – tədqiqatçılardan biri – professor Robert Linhardt bildirib.