Dünya 29.07.2020 09:00

Azərbaycanlılar Londonda aksiya keçirdi - VİDEO

Londonda Böyük Britanıya parlamenti və BBC teleradio korporasiyasının binaları qarşısında iyulun 28-də etiraz yürüş-mitinqi keçirilib.

Rakus.az xəbər verir ki, bununla bağlı Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, Britaniyada yaşayan azərbaycanlıların Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarına və işğalçı siyasətinə etiraz məqsədilə təşkil etdikləri yürüş-mitinq BBC-nin binası qarşısından başlayıb. Türk icması üzvlərinin də qatıldıqları aksiyada Azərbaycan və Türkiyənin dövlət bayraqları dalğalandırılıb, Ermənistanın hərbi təxribatları nəticəsində həlak olan şəhidlərimizin şəkilləri, müxtəlif şüarların yazıldığı plakat və bannerlər nümayiş etdirilib. Əraziyə gələn bir qrup erməni təxribata cəhd etsə də, London polisinin müdaxiləsi nəticəsində heç bir insident baş verməyib.

Azərbaycanın dövlət himnini, “Əsgər marşı” və digər vətənpərvər mahnıları birlikdə səsləndirən soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar siyasətinə kəskin etirazlarını bildiriblər. BBC kimi nüfuzlu media korporasiyasından Azərbaycan həqiqətlərinin dürüstcəsinə işıqlandırılması, işğalçının beynəlxalq hüquq normaları və bəşəri dəyərlərlə bir araya sığmayan əməllərini ifşa edəcək xəbərlərin və reportajların yayımlanması tələb olunub.

Sonra soydaşlarımız etiraz aksiyasını davam etdirərək Böyük Britaniya parlamentinin qarşısında toplaşıblar. Aksiya boyu soydaşlarımızın önündə və bütün gün ərzində Azərbaycan həqiqətlərini özündə əks etdirən təşviqat maşını hərəkət etmiş, dünyada yaşayan azərbaycanlıların, o cümlədən uşaqların müraciətləri ilə ictimaiyyətin diqqətini cəlb edib. Parlamentin qarşısında aksiya iştirakçılarının müraciəti səsləndirilib.

Böyük Britaniya hökumətindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, BMT-nin qətnamələrinə uyğun olaraq Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunması məqsədilə rəsmi Ermənistana təzyiqlər göstərilməsi, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpasının təmin olunması üçün qətiyyətli addımlar atılması tələb olunub.

Yürüş-mitinq zamanı “Qarabağ Azərbaycandır!”, “Erməni işğalına və təcavüzünə son qoyulsun!”, “Biz Qarabağdanıq!”, “Qarabağa ədalət!” “Biz yalnız ədalət istəyirik!”, “Biz Qarabağı istəyirik!”, “Biz sülh istəyirik!”, “Yaşasın azad Azərbaycan!”, “Ermənistan terrorçudur!”, “Erməni qartillərini dayandırın!” şüarları səsləndirilib.

28/07/16:39

Bu gün azərbaycanlıların Londonda Ermənistanın təxribatlarına qarşı keçirdikləri aksiya zamanı qarşıdurma yaranıb.

Rakus.az xəbər verir ki, aksiya zamanı ermənilər yenidən təxribat törətməyə çalışıblar.

Amma polis müdaxilə etdikdən sonra ermənilər geri çəkiliblər.

Aksiya hazırda davam edir. Soydaşlarımız Ermənistanın işğalçı və təcavüzkar olduğu barədə şüarlar səsləndirirlər.

Onlar “Sarı gəlin” mahnısını da ifa ediblər.

15:07

Böyük Britaniyada yaşayan azərbaycanlılar erməni təcavüzünə qarşı BBC-nin qarşısında aksiya keçirirlər.

Rakus.az xəbər verir ki, iştirakçılar daha sonra Parlamentə doğru yürüş edəcəklər.

XƏBƏR LENTİ
Mədəni / 19.04.2025 22:15
“Göyçə aşıq sənəti batan aşıq mühitlərinə təsir edib” - VİDEO
Mədəni / 19.04.2025 14:10
“Göyçə gülü” havasının sirri – ANONS - VİDEO
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO