Hindistanda peyvəndlə bağlı son test aparılır
Hindistanın Serum İnstitutu (SII) Oksford Universiteti və Avstriyanın “AstraZeneca” şirkəti tərəfindən hazırlanmış “Covishield” adlı eksperimental koronavirus peyvəndi üçün son testlərə başlayır.
Rakus.az xəbər verir ki, bununla bağlı 5000 könüllü peyvənd ediləcək.
“Testlərlə eyni vaxtda “Covishield”in istehsalına başlayırıq. SII ilin sonuna qədər bu vaksinin 3-4 milyon doza istehsalını planlaşdırır. Hindistanın təhlükəsiz və təsirli peyvəndi istehsal edən ən böyük dünya istehsalçısı olmaq, ildə bir milyard doza və ya daha çox istehsal potensialı var”, – deyə institutun direktoru Adar Punavalla bildirib.
Xatırladaq ki, daha əvvəl Hindistanda peyvəndin avqustda, testlərdən sonra istehsal ediləcəyi planlaşdırılmışdı.
Ötən həftə Oksford Universiteti dünyanın ən perspektivli koronavirus peyvəndlərindən biri hesab olunan “Covishield”in testlərinin qənaətbəxş nəticələr verdiyini açıqlayıb.