COVID-19 hələ uzun müddəti bəşəriyyəti “yandıracaq” – ÜST
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) fövqəladə hallar proqramının icraçı direktoru Maykl Rayan koronavirusa qarşı kollektiv immunitetlə bağlı şübhələrini bölüşüb.
Rakus.az xəbər verir ki, onun sözlərinə görə, hazırda qurum kollektiv immunitet üçün Yer kürəsi sakinlərinin nə qədərinin COVID-19-a yoluxmasının lazım olduğunu bilmir.
M.Rayan bildirib ki, əksər alimlər bu nisbətin 60 ilə 80 faiz olduğunu düşünür, digərləri daha az ola biləcəyinə inanır.
ÜST nümayəndəsi qeyd edib ki, koronavirus kollektiv immunitet yaranana qədər hələ uzun müddəti bəşəriyyəti “yandıracaq”.
Rayanın sözlərinə görə, hədəfə kollektiv immunitetə çatmaqla nail oluna biləcəyi fikri haradasa xəstəlik üzərində nəzarətlə tərs-mütənasibdir: “Bəs o zaman biz nə görərdik? Dolu xəstəxanalar, çoxlu sayda ölmüş insan”,- deyə, o əlavə edib.