Mədəni 02.08.2020 10:13

“Xalq və dövlət məni yaxşı tanıyır…” - FOTO

Əməkdar artist Aybəniz Haşımova bloqqer qızı Aynişan Quliyevanın erməni musiqiçi Narek Makaryanla yayılan fotolarına münasibət bildirib.

Rakus.az xəbər verir ki, müğənni həmin paylaşımların ona qarşı təxribat olduğunu bildirib.

O deyib ki, şəkil xaricdə festivallardan birində lentə alınıb və erməni müğənni qəfildən qəfildən kadra özünü salıb:

“Qızımla bağlı çox tez-tez sosial şəbəkələrdə paylaşılan məlum fotoları özümə qarşı 10 ilə yaxındır aparılan təxribatın davamı hesab edirəm. Hər dəfə həqiqəti deyəndə, dövlətimizin və xalqımızın maraqlarını qorumaq üçün çıxış edəndə, müəyyən qruplar qədirbilən xalqımızın səmimi vətənpərvərlik hisslərindən istifadə etməyə çalışaraq, qızımla bağlı olan fotoları paylaşır. Məqsəd məni susdurmaq, həqiqətləri deməkdən çəkindirməkdir. Bu 10 ildir davam edir. Lakin XX əsrin əvvəllərində doğma dədələri ermənilər tərəfindən soyqrıma məruz qalmış, daha sonra həyat yoldaşı Vətən uğrunda şəhid olan Aybəniz Haşımova susa bilməz. Aybəniz Haşımova bacardığı hər formada erməniləri ifşa etməyə çalışır. Dünyanın müxtəlif ölkələrində öz imkanları hesabına Xocalı soyqırımını tanıtma tədbirlərinə, erməniləri ifşa aksiyalarına qatılır. Çıxış edir, musiqinin dili ilə erməni vəhşiliklərini, Qarabağda yaşanan dəhşətləri anlatmağa çalışır.

Bildirmək istəyirəm ki, bu foto xarici ölkələrdən birində beynəlxalq festival çərçivəsində çəkilib. Bir an foto çəkdirmək lazım gəldiyində Ermənistanda doğulmayan, atası rus, anası erməni olan iştirakçı qəfil formada qızım Aynişanın yanında dayanıb və foto paylaşılıb. Əlbəttə, bütün hallarda mənfur düşmənimizi təmsil edən şəxslə eyni fotoda olmaq qətiyyən xoş deyil. Üstəlik də, atası Azərbaycanın ərazi bütövlüyünü qorumaq üçün şəhid olan bir qız-Aynişan və mənim üçün. Ancaq biz həmin an üçüncü ölkənin ərazisində beynəlxalq festivalda olmuşuq. Həmin an hər hansı başqa hərəkət bizim beynəlxalq imicimizi zədələmək üçün mənfur düşmənlərimizin əlinə səbəb verə bilərdi. Biz o festivalda dəfələrlə Azərbaycan bayraqları ilə səhnədə çıxış edib, Vətənimizi tərənnüm etmişik. Təəssüf ki, bundan danışan çox azdır…

Bildirmək istəyirəm ki, məlum festivalda Azərbaycan səfirliyi və diasporunun nümayəndələri iştirak edib. Baş verənlər onların gözləri qarşısında olub. Bu fotolar illərdir tirajlanır, hesab edirəm ki, lazımi dövlət qurumları da təbii olaraq, araşdırıb.

Bu məni narahat etmir. Azərbaycan xalqı və dövləti məni yaxşı tanıyır. Həyat yoldaşı, qızının atası bu torpaqlar uğrunda şəhid olan bir ailəyə qarşı belə ittihamlar irəli sürmək insanlıq deyil”.

XƏBƏR LENTİ
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir”
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO