GHİB geniş miqyaslı aksiya keçirəcək
Gürcüstan Həmkarlar İttifaqları Birliyi (HİB) mayın 1-də paytaxt Tbilisidə geniş miqyaslı mitinq keçirəcək.
Rakus.az xəbər verir ki, bu barədə mətbuata təşkilatın rəhbəri İrakli Petriaşvili məlumat verib.
Onun sözlərinə görə, aksiya mayın 1-də Gürcüstan hökumət binası önündə keçiriləcək.
Aksiyanın məqsədi hökuməti diqqətini ölkədəki işsizlik və fəhlələrin əmək problemlərinə cəlb etməkdir.
İ.Petriaşvili deyib ki, hazırda işəgötərənlərin xəsisliyi və məsuliyyətsizliyi səbəbindən ölkədə əmək təhlükəsizliyi qaydaları kobud şəkildə pozulur, insanlar təhlükəsiz kəmərləri, xüsusi şlem və digər təhlükəsizlik formaları olmadan, ağır şəraitdə çalışırlar.
İşsizlik ölkədə ən böyük problemdir və işə götürənlər bundan sui istifadə edirlər.
Birlik sədrinin sözlərinə görə, 2018-ci ildən fəaliyyətini bərpa edən Gürcüstan Əmək Müfəttişliyi Birləşmiş HİB-in fəaliyyətini qeyri qənatbəxş hesab edir.
“Odur ki, Həmkarlar ittifaqları aksiya və digər tədbirlə keçirməklə diqqəti problemlərə cəlb etməklə onların həllinə nail olmaq istəyir”,- deyə İ.Petriaşvili vurğulayıb.