Yaponiya cavab tədbirləri hazırlayır
Yaponiya hökuməti Cənubi Koreya məhkəməsinin bu ölkənin vətəndaşlarını II Dünya müharibəsində məcburi əməyə cəlb etmiş yapon şirkətinin aktivlərini satmaq barədə qərarı ilə bağlı cavab tədbirləri hazırlayır.
Rakus.az xəbər verir ki, Cənubi Koreya məhkəməsi Yaponiya tərəfinin məcburi əməyə cəlb edilmiş dörd koreyalıya kompensasiya ödənməsi üçün “Nippon Steel” şirkətinin aktivlərinin məcburi satışı barədə sənədləri artıq aldığını güman edir. Həmin aktivlərin yaxın dövrdə satışa çıxarılacağı və bunun bir neçə ay davam edəcəyi gözlənilir.
Qeyd edilir ki, Yaponiyanın hakim Liberal Demokrat Partiyasından olan vəkillər qrupu hökuməti aktivlər satılacağı təqdirdə Cənubi Koreya hökumətinə qarşı təcili sanksiyalar tətbiq etməyə çağırır.
Yaponiya hökuməti isə, bu prosedurları beynəlxalq hüququn pozulması hesab edir və yapon şirkətinin aktivlərinin satılmasının iki ölkə arasında münasibətlərə ciddi zərbə vuracağını bildirir. Tokio Seulu problemi tezliklə həll etmək üçün qəti addımlar atmağa çağırır.
Eyni zamanda, Yaponiya hökumətinin Cənubi Koreyanın bununla əlaqədar atacağı addımları diqqətlə izləyəcəyi və ehtiyac yaranacağı təqdirdə dəyən ziyanın ödənməsi üçün ciddi cavab tədbirləri görəcəyi də qeyd edilir.