YENİLƏNDİ: Beyrutda yaralıların sayı artdı
Livanın paytaxtı Beyrutda nümayişlər davam edir.
Rakus.az xəbər verir ki, aksiya iştirakçıları XİN binasından sonra İqtisadiyyat Nazirliyinin də binasına soxulublar.
Paytaxtın mərkəzi küçələri hüquq-mühafizə orqanları ilə aksiya iştirakçıları arasında münaqişə mərkəzinə çevrilib.
İğtişaşlar nəticəsində yaralıların sayı artıb və 170 nəfərə çatıb. Üstəlik bir polisin öldürülüdüyü bildirilib.
20:30
Livanın paytaxtı Beyrutda nümayişçilər davam edir.
Rakus.az xəbər verir ki, aksiya iştirakçıları XİN-in binasına giriblər.
Onlar “Beyrut – silahsızlaşdırılmış şəhər” və “İnqilab paytaxtı” yazılan plakatlar qaldırıblar.
Artıq güc strukturları ilə nümayişçilər arasında yaranan qarşıdurmalarda xəsarət alanların sayı 100 nəfəri ötüb.
Beyrutda minlərlə insan hökumətin istefası və islahatlar tələbi ilə küçələrə çıxaraq hökumət əleyhinə mitinqlərə başlayıblar.
Nəticədə etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşmalar baş verib.