Dünya 24.04.2019 18:27

İctimai təşkilatlar Putinə müraciət ünvanladı

Akademik Fazil Qurbanovun rəhbərliyi ilə Rusiyadakı Azərbaycan ictimai təşkilatları Dağlıq Qarabağ münaqişəsinin nizama salınması məsələsi ilə əlaqədar RF Prezidenti Vladimir Putinə müraciət ünvanlayıb. Müraciəti Rusiyanın 50-dən çox Azərbaycan diaspor təşkilatlarının rəhbərləri imzalayıblar.

Rakus.az xəbər verir ki, müraciətdə son iyirmi ildə Rusiya Federasiyasının ərazisində çoxmillətli Azərbaycanı təmsil edən yetərincə böyük diasporun formalaşdığı qeyd edilir. Azərbaycan xalqı ən ağır zamanlarda rus xalqı ilə birlikdə olub. İki yüz ilə yaxın eyni tarixi-coğrafi məkanda yaşayan Azərbaycan xalqı dövlətin konstitusiya dayaqlarına sədaqət nümayiş etdirib.

Azərbaycanlı hərbi xadimlərin adları Birinci Dünya müharibəsində ən yaxşı rusiyalı sərkərdələrinin cərgəsinə daxil edilib.

Böyük Vətən müharibəsində Azərbaycan cəbhənin yanacaq ehtiyacının 80 faizini təmin edirdi, ölkəmizdə 130-dan çox silah növü – hərbi sursat və hərbi ləvazimat, o cümlədən əfsanəvi “Katyuşa”lar və onlar üçün reaktiv mərmilər, UTİ-4 və YAK-3 qırıcı təyyarələr istehsal edilirdi. Aviasiya təmiri zavodu, cəbhənin ehtiyacları üçün 300 növdən çox məhsul istehsal edən zavodlar əhəmiyyətli rol oynayıblar. Azərbaycan qospitalları 1,5 milyona yaxın hərbiçini sağaldaraq cəbhəyə qaytarıb. Azərbaycan xalqı Rusiyanın müxtəlif regionlarının əhalisinə xeyli yardımlar edib. Azərbaycanın kişi əhalisinin 70 faizi cəbhəyə yollanıb, onların yarısı qayıtmayıb. Azərbaycanlılar həm Qızıl ordunun döyüş hissələrində vuruşub, həm də ölkənin müxtəlif ərazilərində partizan hərəkatında fəal iştirak ediblər.

Başqa xalqların mədəniyyətinə, ənənələrinə tolerant münasibət və hörmət Azərbaycan xalqının genetik xüsusiyyətidir. Bu gün də Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir.

Erməni xalqının nümayəndələri təxminən 200 ildir ki, Azərbaycan torpağında yaşayırlar. Azərbaycanda yüz mindən çox erməni yaşayır, onlardan 70 mini Dağlıq Qarabağda məskunlaşıb. Dağlıq Qarabağ həmişə qonaqpərvərliyin və mədəniyyətlərin vəhdətinin, iki xalqın ənənələrinin rəmzi olub. Lakin vahid ölkənin parçalanmasına çalışan dağıdıcı güclər hər iki xalq üçün ağır nəticələrə səbəb olan etnik münaqişəni körüklədilər. Bu gün musiqi-poetik yaradıcılığın beşiyi, həyat və tərəqqi rəmzi olan bu torpaqda qan tökülür, insanlar həlak olur. Otuz ilə yaxındır ki, yüz minlərlə azərbaycanlı qaçqına çevriliblər. Ölkə iqtisadiyyatına ciddi zərər yetirilir. Təkcə azərbaycanlılar deyil, blokadaya düşmüş, iqtisadi cəhətdən sərfəli regional layihələrdən kənarda qalmış Ermənistanın özü də bundan əziyyət çəkir.

Məktubda deyilir: “Çox hörmətli Vladimir Vladimiroviç! Bu gün Rusiya son iyirmi ildə həyata keçirilmiş böyük tədbirlər sayəsində qüdrətli dövlətlərdən birinə çevrilib. Dünyada heç bir problem Rusiyanın iştirakı olmadan öz həllini tapa bilməz. Biz dünyada dövlətlərin ərazi bütövlüyünün və suverenliyinin qorunması üzrə Rusiyanın siyasətini dəstəkləyirik.

Rusiya-Azərbaycan, Rusiya-Türkiyə, Rusiya-İran münasibətlərinin genişlənməsi və möhkəmlənməsi bu gün regionda sülhə və sabitliyə kömək edir. Biz, həmçinin İslam dünyasına qarşı Qərbin “qəhvəyi taun” – yeni xaç yürüşünə qarşı mübarizəyə Sizin verdiyiniz töhfəni yüksək qiymətləndiririk.

Biz, Rusiya azərbaycanlıları əminik ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında məhz Sizin bilavasitə iştirakınız problemin beynəlxalq hüquq normalarına və Azərbaycanın ərazi bütövlüyünə əsaslanan düzgün ədalətli həlli yollarını tapmağa kömək edəcək. Bu, Azərbaycan və erməni xalqları üçün həyati əhəmiyyətli məsələdir! Qara səhifələrlə dolu olan keçmişin qapılarını bağlamağın və sülhün və tərəqqinin üstünlüyünü təmin edəcək gələcəyə qapı açmağın vaxtıdır! Bunu yalnız Siz – Rusiya Federasiyasının Prezidenti Vladimir Vladimiroviç Putin edə bilər!”.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO