Özbəkistanda karantin rejimi bu gündən yumşaldılır
Avqustun 15-dən başlayaraq Özbəkistanda karantin rejimi mərhələ-mərhələ yumşaldılır.
Rakus.az ölkənin Koronavirusla Mübarizə üzrə Respublika Komissiyasına istinadla xəbər verir ki, bu gündən yerli aviaxətlərin, dəmir yolunun, metronun və avtomobillərin hərəkəti tam bərpa edilib. Sanatoriyalar, pansionatlar, mehmanxanalar, muzeylər, uşaq sağlamlıq mərkəzləri, qeyri dövlət məktəbləri və məktəbəqədər tərbiyə müəssisələri, bərbərxanalar, gözəllik salonları, açıq havada kafe və restoranlar da bu gündən qapılarını müştərilərin üzünə açıb.
Mənzillərdə, həmçinin mülk evlərində yaşayanlar həyətdə 30 nəfərdən çox olmayan toy və digər ailə şənlikləri keçirə bilərlər.
Son sutka ərzində Özbəkistanın 11 regionunda 694 koronavirus xəstəsi qeydə alınıb və pandemiya dövründə bu rəqəm 34 min 17 nəfərə çatıb. Son gündə 5 nəfər həyatını itirib və ölənlərin sayı 221 nəfərə çatıb.