skip to Main Content
Dünya 16.08.2020 10:46

Qanimeddə nəhəng krater tapıldı

Yaponiya planetoloqları Yupiterin ən böyük peyki Qanimeddə nəhəng krater izi aşkar ediblər. Bu iz peykin, demək olar, bütün “tünd” tərəfini tam örtür. Tədqiqatın nəticələri “Icarus” elmi jurnalında dərc olunub.
Qanimedi Yupiterin üç peyki – İo, Kallisto və Avropa ilə birlikdə XVII əsrin əvvəlində Qalileo Qaliley kəşf edib. Qanimed Günəş sistemində yeganə peykdir ki, özünün maqnit sahəsi var.

Rakus.az xəbər verir ki, onun digər qeyri-adi cəhəti yarımkürələrinin fərqli görünüşüdür. Planetin bir yarısı – peykin orbit üzrə hərəkət etdiyi tərəfə baxan hissəsi əsasən ağ rəngdədir, əks tərəf isə tünd sahələrlə örtülüdür.

Yaponiyanın Kobe Universitetinin dosenti Naoyuki Xirata və onun həmkarları bu relyef formasının yaranma səbəbini izah ediblər. Bunun üçün onlar Qanimedin daha bir “görməli yerini” – tünd sahələrin çoxunu əhatə edən, nəhəng şırımlar, çökəkliklər və çatlardan ibarət şəbəkəni tədqiq ediblər.

Alimlərin çoxunun fikrincə, bu strukturlar Qanimedin təkində baş vermiş naməlum proseslər nəticəsində meydana gəlib. Planetoloqlar arasında bu şırımların yaranması haqqında yekun fikir yoxdur. Məsələ ondadır ki, alimlərin bir çoxu bunu geoloji proseslərlə deyil, Qanimedin mövcudluğunun başlanğıcında onunla toqquşmuş asteroidlə əlaqələndirir. Mübahisələr daha çox onunla bağlıdır kı, “Voyager” və “Galileo”nun çəkdikləri fotoların əksəriyyətində keyfiyyət bu strukturların vəziyyətini, ölçülərini və xüsusiyyətlərini müəyyənləşdirməyə imkan vermir.
Yapon planetoloqlar məsələyə aydınlıq gətirməyə çalışıblar. Bunun uçun onlar fotolarda Qanimedin səthində tünd sahələrin və deformasiyaların hamısını təhlil edib, habelə peykin kompüter modelini düzəldib, çatlar və şırımlar yaranan zaman baş verəni təsəvvürə gətirməyə çalışıblar.

Modelləşdirmənin nəticələri göstərib ki, kələ-kötürlük heç də ayrı-ayrı geoloji strukturlar deyil, nəhəng konsentrik deformasiyaların bir hissəsidir. Onlar Qanimedin nəinki “tünd” yarımkürəsini, hətta bütün səthini örtür.

Tədqiqatçıların fikrincə, bu, diametri 7,8 min kilometr olan nəhəng kraterin izləridir. Həmin iz Qanimedin radiusu 150 kilometr olan asteroidlə toqquşması nəticəsində yarana bilər. Güman ki asteroid Mariya sahəsində böyük düzənliyə düşüb və orada dərinliyi bir neçə yüz kilometr və radiusu min kilometr olan dərə yaradıb. Həmin hissədə hər hansı şırımın olmaması da bunu göstərir. Ərazi nisbətən “təzə” dağ süxurları ilə örtülüb. Həmin süxurlar soyumuş lava gölün bu çuxuru doldurması zamanı meydana gəlib. Əgər krater həqiqətən mövcuddursa, onda o, Günəş sistemində bu qəbildən ən böyük struktur olacaq.

Alimlər ümid edirlər ki, onların nəzəriyyəsi 2022-ci ildə göndərilməsi planlaşdırılan JUICE missiyasının fəaliyyəti sayəsində təsdiqlənəcək. Yupiterə 2029-cu ildə çatacaq missiya nəhəng peykləri, o cümlədən Qanimedi öyrənəcək. “Bu zond hesablamalarımızı təsdiq edəcək, Yupiterin peyklərinin necə meydana gəlməsi və təkamül etməsi haqqında təsəvvürlərimizi xeyli zənginləşdirəcək”, – deyə Naoyuki Xirata bildirib.

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 25.06.2022 15:44
Azərbaycan Silahlı Qüvvələri xalqımızın mənəvi sərvətidir – MƏQALƏ
İqtisadi / 17.06.2022 13:55
“Sultan Ceramik” brendi Azərbaycanı dünyada tanıdacaq - FOTO - VİDEO
Elm və təhsil, Gündəm, Siyasi / 13.06.2022 11:00
Milli Qurtuluş Günü – Azərbaycanın taleyini dəyişən zəfər tarixi – MƏQALƏ
Müsahibə, Mətbuat / 05.06.2022 17:05
Telekanalların şəhid jurnalistlərin anım günü mərasimlərindən VİDEOREPORTAJLARI
Mətbuat / 05.06.2022 15:00
Məhərrəm İbrahimovun şəhid olmasının ildönümü mərasimi keçirilib - FOTO
Gündəm / 04.06.2022 14:47
Şəhid jurnalistin məzarı ziyarət olunub
Gündəm, Mətbuat / 04.06.2022 13:29
Xalqı ağladan, dostları göynədən itki – Məhərrəmsiz bir il - FOTO
Mətbuat / 04.06.2022 10:00
AZƏRTAC-ın müxbiri Məhərrəm İbrahimov və AzTV-nin operatoru Sirac Abışovun şəhid olmalarından 1 il ötür - VİDEO
Gündəm, Siyasi / 01.06.2022 07:10
İrəvanın ermənilərə verilməsinin 104 illiyi ilə əlaqədar elmi-praktiki konfrans keçirilib - FOTO
Elm və təhsil / 27.05.2022 13:32
Azərbaycan Xalq Cümhuriyyətinin təhsilə töhfəsi – MƏQALƏ
Elm və təhsil, Təhlil / 09.05.2022 10:38
Heydər Əliyev – milli təhsilimizin xilaskarı
Elm və təhsil / 04.05.2022 18:00
Azərbaycan dilinə dövlət dili statusu verilməsi Heydər Əliyevin tarixi xidmətlərindən biridir                                                                        
Mətbuat, Siyasi / 02.05.2022 13:24
Məhərrəm İbrahimovun xatirə lövhəsinin açılışından FOTOREPORTAJ
Gündəm, Mətbuat / 01.05.2022 18:03
Şəhid jurnalistin xatirəsi əbədiləşdirilib – VİDEOLAR
Gündəm, Mətbuat / 01.05.2022 14:31
Şəhid jurnalist Məhərrəm İbrahimovun xatirə lövhəsi açılıb - FOTO
Gündəm, Mədəni / 29.04.2022 10:15
Şəhid ailələri iftar süfrəsi təşkil edilib - FOTO
Gündəm, Hərbi / 28.04.2022 17:00
ADPU-da “Şəhidlər ölməz, Vətən bölünməz” adlı tədbir keçirilib - FOTO
Dünya, Mətbuat / 27.04.2022 11:04
ATƏT-in nümayəndəsi şəhid jurnalistlərin yaxınları ilə görüşüb - FOTO
Gündəm, Mətbuat / 26.04.2022 14:11
Əsgər Əlioğlu: “Qardaşım fəaliyyəti ilə mətbuatımızın “gizli qəhrəmanı”na çevrildi” - FOTO
Hərbi, Mətbuat / 16.04.2022 15:16
O, indi qara mərmər başdaşından boylanır… - FOTO
Hərbi, Mətbuat, Video müsahibə / 16.04.2022 12:02
Məhərrəm 40 yaşını Göyçədə keçirmək istəyirdi…AzTV - VİDEO
Gündəm, Mətbuat, Video müsahibə / 16.04.2022 11:03
Şəhid jurnalistin Uğuru: “Kaş atam məzardan qalxıb doğum günündə bizimlə birgə olaydı” - FOTO - VİDEO
Gündəm, Mətbuat / 16.04.2022 09:00
Bu gün şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür
Müsahibə, Mətbuat / 15.04.2022 16:07
Telekanalların şəhid jurnalistin ad günü tədbirindən REPORTAJLARI - VİDEO
Gündəm, Mətbuat / 15.04.2022 14:14
Qubada şəhid jurnalist Məhərrəm İbrahimovun anım mərasimi keçirilib - FOTO
Hərbi, Mətbuat / 15.04.2022 13:35
Qubada Məhərrəm İbrahimovun anım mərasimindən FOTOREPORTAJ - FOTO
Back To Top
×Close search
Axtar