Mədəni 16.08.2020 19:13

“Küsülü olan şou-biznes əhli…” - FOTO

Şou-biznesdə qalmaqal hər zaman olub. Bunun nəticəsində isə bir çox ifaçılar illərdir küsülüdürlər.

Rakus.az xəbər verir ki, onlar bir-biri ilə danışmır, eyni məkanda olanda görməməzlikdən gəlirlər.

Xalq artisti Brilliant Dadaşova və Əməkdar artist Lalə Məmmədova küsülüdür. Buna səbəb Laləni görünüşünə görə Dadaşovaya bənzətmələri olub. Bu, B.Dadaşovanın xoşuna gəlməyib.

Brillant Dadaşovanın danışmadığı digər həmkarı Xalq artisti Aygün Kazımovadır. İllərlə yaxın rəfiqə olan ifaçılar arasından “qara pişik” keçib. Onlar hər fürsətdə bir-birinin ünvanına söz atmağa çalışırlar.

Xalq artistləri Bəsdi Cəfərova və Zemfira Nərimanova illərdir küsülüdürlər. Qrup yoldaşı olan aktrisaların danışmamasının səbəbi bəlli deyil. Onların küsülülüyü 30 ildən çoxdur davam edir. Hətta aktrisaların çalışdıqları teatrda əlbə-yaxa dava etdikləri də dəfələrlə deyilib.

Xalq artistləri Röya Ayxanla Aygün Kazımova da danışmır. Onlar bir müddət əvvəl barışdıqları desələr də, heç bir tədbirdə birlikdə görüntülənməyiblər. Aralarındakı soyuqluq illərdir bitmir.

Xalq artisti Məleykə Əsədova ilə Əməkdar artist Vəfa Zeynalova arasında da soyuqluq var. Onların mübahisəsi çalışdıqları Akademik Milli dram teatrında başlayıb.

Məleykə Əsədova ilə Xalq artisti Firəngiz Mütəllimovanın da danışmadığı haqda bir vaxtlar xəbər yayılmışdı. Hazırda onların barışıb-barışmadığı məlum deyil.

Aparıcılar Zaur Baxşəliyevlə Nanə Ağamalıyeva da eyni kanalın əməkdaşları olsalar da küsülüdürlər. Bir vaxtlar dost olan, eyni verilişdə çalışan aparıcılar 10 ildən çoxdur ki, danışmırlar.

Zaurun danışmadığı digər həmkarı isə Xoşqədəm Hidayətqızıdır. Bir vaxtlar eyni kanalda işləyən aparıcıların arasındakı mübahisəyə eyni formatda veriliş aparmaları səbəb olub.

Xalq artisti Röya Ayxan müğənni Elnur Məmmədovla danışmır. Hətta Röya bildirib ki, heç vaxt onu bağışlamayacaq.

Röyanın danışmadığı digər sənət yoldaşı isə müğənni Natavan Həbibidir. Bir vaxtlar eyni qrupda oxuyan, bir evdə qalan sənətçilərin sən demə, arasında illərdir davam edən soyuq müharibə var imiş. Natavanın son vaxtlar verdiyi qalmaqallı açıqlamadan sonra bəlli olub ki, Röya ilə münasibətləri uzun illərdir pozulub. (Axşam.az)

XƏBƏR LENTİ
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO
Mədəni / 05.04.2025 22:51
“Çömçəqurutmaz ayı nə vaxt olur?” - VİDEO
Siyasi, Sosial / 04.04.2025 22:03
“Rayonun erməni birinci katibi deyirdi ki, çıxın gedin, sizin üçün çox pis olacaq” - FOTO - VİDEO
Sosial / 04.04.2025 13:22
Erməninin 5 yaşında yandırmaq istədiyi Səbuhi Şamoyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 03.04.2025 22:30
“Ermənistan mediasında yayılan informasiyalar rəsmi İrəvanın oyununu ifşa etdi” - VİDEO