skip to Main Content
Dünya 17.08.2020 13:41

Türkiyədə dağıdıcı zəlzələdən 21 il ötür

1999-cu il avqustun 17-də yerli vaxtla 03.02-də mərkəzi Kocaeli vilayətinin Gölcük rayonu olmaqla Türkiyənin Marmara bölgəsində baş vermiş 7.4 bal gücündə zəlzələdən 21 il ötür. Bu hadisə Türkiyə ərazisində tarix boyu meydana gələn ikinci ən güclü yeraltı təkan olaraq qiymətləndirilir.

Rakus.az xəbər verir ki, hesablamalara görə, ocağı yerin 17 kilometr dərinliyində olan zəlzələ 120 kilometrlik seysmik xəttin qırılmasına səbəb olub.
Təbii fəlakət zamanı bölgədə, eləcə də Türkiyənin sənaye şəhəri olan Kocaelidə demək olar ki, bütün tikililər dağılıb və ya ağır zədə alıb.

Rəsmi məlumatlara əsasən, həm əhali sıxlığı, həm də iqtisadi baxımından Türkiyənin əhəmiyyətli bölgəsinə təsir edən 17 avqust zəlzələsi nəticəsində 17 min 480 nəfər həlak olub, 23 min 781 nəfər müxtəlif bədən xəsarətləri alıb, 505 nəfər isə əlil qalıb.

Hadisə zamanı 285 min 211 ev, 42 min 902 iş yeri ağır zədələnib, 133 min 683 binanın çökməsi nəticəsində isə təxminən 600 min insan evsiz qalıb. Ümumiyyətlə, bu zəlzələ təxminən 16 milyon insana müxtəlif dərəcələrdə təsir göstərib.

Türkiyənin yaxın tarixinə dərindən təsir edən bu hadisə istər böyüklüyü, istər təsir etdiyi ərazi, istərsə də maddi və mənəvi itkilər baxımından ötən əsrin ən böyük zəlzələlərindən biri olaraq qiymətləndirilib.

Bu təbii fəlakətdən təxminən üç ay sonra noyabrın 12-də bölgədə 7.2 bal gücündə növbəti yeraltı təkan qeydə alınıb. Otuz saniyə davam edən bu zəlzələ nəticəsində Marmara bölgəsinin Düzce vilayətində 845 nəfər həlak olub.
Üç ay ara ilə baş verən bu iki yeraltı təkan İstanbulun cənub hissəsini də əhatə edən Marmara bölgəsindən keçən seysmik xəttin zədələnməsi və yaxud gələcəkdə qırılma ehtimalı ətrafında müzakirələrin artmasına səbəb olub.
Hadisədən 21 il keçməsinə baxmayaraq Türkiyənin bu bölgəsində yaşayan insanlar hələ də zəlzələnin təsiri altındadırlar. Onlardan bəziləri isə yeraltı təkanlardan sonra bölgədə havanın çirklənməsi səbəbindən müxtəlif ağciyər xəstəlikləri və xüsusilə nəfəsalmada problemlərlə üzləşiblər.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Back To Top
×Close search
Axtar