Lavrov Qarabağla bağlı açıqlama verdi
Rusiya ATƏT-in Minsk qrupundakı tərəfdaşları ilə birlikdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqların tezliklə bərpa olunması üzərində işləyir.
Rakus.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər naziri Sergey Lavrov “Trud” qəzetinə müsahibəsində deyib.
Lavrov bildirib ki, atəşkəs haqqında 1994-cü il Sazişinin ikinci daha irimiqyaslı pozuntusu olub. Nazir son 26 ildə ilk dəfə artilleriya, qumbaraatanlar və hücum dronlarının istifadə olunduğu yüksək intensivli toqquşmaların Qarabağda təmas xəttində deyil, birbaşa Azərbaycan və Ermənistanın dövlət sərhədindəki məntəqədə baş verməsinə diqqət çəkib.
“Coğrafi amil də bir növ tətikləyici rol oynadı: Ermənistan tərəfi Azərbaycanın ixrac boru kəmərlərindən 15 kilometr məsafədə yerləşən köhnə sərhədyanı Nəzarət Keçid Məntəqəsini yenidən bərpa etmək qərarına gəldi”, – Lavrov vurğulayıb.
Nazirin qeyd etdiyi kimi, Rusiya XİN-i münaqişənin həlli üçün fəal vasitəçilik səyləri göstərib.
“ATƏT-in Dağlıq Qarabağ üzrə Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov bütün bu müddət ərzində hər iki ölkənin xarici siyasət qurumlarının rəhbərləri ilə birbaşa əlaqədə olub. Nəticədə, Rusiyanın fəal vasitəçiliyi ilə, ilk cəhddən olmasa da, iyulun 16-da atəşkəs əldə edilib”, – nazir diqqətə çatdırıb.