Mədəni 11.11.2025 10:51

Ana diləyi: “Xoşbəxt böyü bal qızım” - FOTO

Ən gözəl övlad oldun mənə, sarı payım, xeyirli övlad ol demirəm, çünki övladın xeyirsizi olmur, əgər valideyn düzgün rəftar edirsə. Sənə ömrüm boyunca ən gözəl ana olacam. Olmazlarla, yoxlarla deyil, var olan hər şeylə böyüdəcəm. Heç nə sənin gülüşündən üstün deyil. Nə vaxtı bitmiş, illərlə şkaflarda toz basan qab – qaşıq, nə ütülü paltarlar, qoy hər yer ağzının suyu ilə ləkələnsin, üstümə qusduğunda qoy tələsəcəyim məkana gecikim, yaxud bezini dəyişdirib evdən çıxmaq istəyəndə sarıl mənə yataq, ya da şirin yuxum gəldiyində sən oyaq qal, oynamaq istə, sevə – sevə yuxusuz qalım, evimdə səslənən körpə səsi ən gözəl nəğmədir.
Biz nə qədər qorxularla çalışaq da, mövzu övlad olunca dəyişirmiş duyğular… Sənə qədər narahatlıqlarım çox olmasa da, doğulduqdan sonra məni qorxutduğun anlar oldu… Amma ayaqda durmağı bacardın. Sən mənə övlad olmağı seçdin. Gücünə, cəsarətinə qurban…
11.11.2022. Tam da 11-ə 11 dəqiqə qalmış doğdu ömrümün payızına Günəş. Amma bu tarixi mən seçmədim, özü seçdi. Hərçənd mən də darıxırdım son vaxtlar, ancaq o da darıxırmış, ya da darıxdığımı hiss edib tələsdi bu dünyaya gəlmək üçün və indiyədək bir şeyi öyrətdi mənə, analığın heç bir yerdə , heç kim tərəfindən öyrədilmədiyini. Hərdən işə tez çıxdığım üçün özümə etdiyim ən böyük haqsızlıq bilirəm, çünki anbaan böyürsən, etdiyin kəşflərin bir hissəsini görə bilmirəm. Ancaq mənim çalışmağım da sənin gələcəyin üçündür. Sevgi ilə böyü, tutduğun əlimə varlığımla sadiqəm. Bəşəriyyətə xoş gəlmisən, sevgi payım…
Şəlalə Camal 

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO