Mədəni 19.11.2025 23:04

Anavəngin daşları gerçəyi danışır: kimlik savaşı - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Anavəngdəki 8 guşəli ulduz erməni narrativini darmadağın edir” adlı veriliş efirə gedib.

Rakus.az xəbər verir ki, verilişdə İrəvan xanlığının tarixi Kərpibasar mahalında, Əştərək (Aştarak/Araqatsotn) rayonunun Ohanavan kəndində Kasax çayı dərəsinin kənarında yerləşən orta əsrlərə aid Anavəng/Xanavəng (Hovhannavank) monastırından bəhs olunur.

Bildirilir ki, Anavəngin daşları gerçəyi danışır: “Anavəngin divarlarında yazılan türk adları Ermənistanı narahat edir. Kasax çayı sahilindəki qıpçaq məbədi türklərə aiddir. Anavəng memarlığının dili “erməni” deyil. Ermənistan kimlik böhranını Anavəngin üzərindən həll etmək istəyir. Mamaxatun və Nənəxatun adları bu gün də türkün yaddaş kodudur. Anavəngin cənub divarındakı yazı kimlik mübahisəsini çözür. Anavəngin memarlıq dili türk-alban qatlarını göstərir. Ermənilər Anavəngdə türk adlarını silə bilmir. Monastırın yazıları erməni mifini alt-üst, Anavəngdəki 8 guşəli ulduz isə erməni narrativini darmadağın edir. Anavəngin qapıları erməni yalanını açıb göstərir. Kasax dərəsinin daşları saxtakarlığı susduran sübutdur”.

Qeyd olunur ki, Baş nazir Nikol Paşinyanın Üçkilsədə (Eçmiədzin) dua etdiyi kilsədəki adlar – Qurd, Vaçe, Hurişah, Mamaxatun bu gün “liturgiya”ya kölgə salır. Paşinyanın liturgiyası Anavəngdə gizlədilən tarixdən qaça bilmir. Hazırda liturgiya yox, kimlik savaşı gedir. Mamaxatun fenomeni 13-cü əsr Qafqazında qadın hamiliyinin gücünü göstərir”.

Sonda vurğulanır ki, Səlcuqlu memarlığının izi Qərbi Azərbaycanda silinir: “Paşinyan liturgiyanı məqsədli şəkildə  Anavəngə aparır və vacib mesaj verir. Paşinyan liturgiya oyunu oynayır və Qərbi Azərbaycan yaddaşı hədəf seçilir. Qıpçaq və oğuz izlərinin silinməsi planı qurulub”.

Verilişdə Kasax (Qazax) dərəsinin sıldırım qayalarının hansı qədim həqiqəti qorumasına, 1828-ci il köçü və Ohanavan kəndinin “yeni tarix” layihəsinə və digər məsələlərə aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 19-da saat 19:00-da Baku Tv-nin efirində və saat 21:30-da YouTube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO