Şou 16.02.2020 01:12

ANONS: Aysunun anası Bakıya martda gələcək - FOTO - VİDEO

“Bir ay əvvəl Moskvaya getmişdim. Nəhayət, doğma Bakıma qayıtdım. Toy olmasa, Moskvaya getmirəm. Çünki bu boz şəhəri sevmirəm. Toy olmayanda da anam məni qınayır. Deyir ki, bala, ailən buradadır, hərdən gəlib bizə dəy. Mən də deyirəm ki, ana, İstanbula get, yanına gəlim”.

Rakus.az xəbər verir ki, bu sözləri Oxu.Aza özəl açıqlamasında müğənni Rəqsanə İsmayılovanın ifaçı qızı Aysun deyib.

O, mart ayında anasının Bakıya gələcəyinin anonsunu verib:

“Anam mart ayında vətənə qayıdır. Beş ildən çoxdur ki, o Moskvada, mən isə Bakıdayam. Bir-birimiz üçün çox darıxırıq. Anam fəaliyyətini artıq burada davam etdirəcək. O, vətəni və işləri üçün çox darıxıb. Tamaşaçı da anam üçün darıxıb. Moskvada evimiz, ailə biznesimiz var. Buna görə anam Moskvaya zaman-zaman gedib-gələcək”.

Tanınmış jurnalist Ülviyyə Alovlunun Oxu.Az-a açıqlamasında Rəqsanəyə ünvanladığı “Adama deyən lazımdır ki, Cey Lonun villasından tikdirirsənsə, bütün Bakı arxanca borca görə niyə ağlayır? Niyə axtarırlar səni?” suallarına Aysunun cavabı sərt olub:

“Çox borcumuz yoxdur. Olanda da anam efir vasitəsi ilə etiraf edib. Bunu deməyə ehtiyac yoxdur. Mənim borcumu Ülviyyə ödəyir? Bizim üçün evi o tikdirir?

Bizim evlə bağlı problemimiz oldu. Bunu hamıya anam özü dedi. Deməyə də bilərdi. Biz kimdənsə qorxuruq? Rəqsanənin borcu var deyən insandan biz qorxub, utanırıq? Kirayədə yaşayan və borcunu ödəyə bilməyən insanlar var. Bu, ayıbdır?

Bu sözləri deyən adam öz ayaqlarının üzərində dursun, ona-buna söz aparıb-gətirməklə pul qazanmasın, Rəqsanə kimi bütün nəsli dolandıra bilsin, sonra danışsın.

Ülviyyə Alovlunu şou-biznesdə özümə düşmən görmürəm. “Aysunun səsi yoxdur” iddiasına isə demək istəyirəm ki, efirə çıxıb möhtəşəm səsim var deməmişəm. Hər zaman demişəm ki, oxumaq hobbimdir. Səhnədə olmağı sevirəm. Səsimdə şirinlik var. Bu da mənə uğur gətirir. Ömrümün sonuna kimi müğənni olmaq fikrində deyiləm. Ailə həyatı qurana kimi oxuyacağam, sonra isə xəyalımdakı işlə məşğul olacağam. Bu isə modelyerlikdir”.

Müğənni “Heç zaman bağışlamayacağınız məşhur” sualına Təranə Səmədovanın adını çəkərək, prodüser haqqında qalmaqallı fikirlər səsləndirib:

“Heç kimlə düşmənçilik etmirəm. Təranənin qızı Suel ifalarımı bəyənir. O, özü də bu barədə müsahibəsində deyib. Onun qızı məni sevirsə, buna ancaq sevinə bilərəm. Suelin bəxtinin gözəl olmasını arzu edirəm. Qalmaqal olanda, uşaqları bu məsələdən kənarda saxlamaq lazımdır. Amma Təranə anamla mübahisə edəndə məni söhbətə qatmışdı. Biz heç kimin uşağı ilə mübarizə aparmarıq. Problem varsa, valideynlə həll etmək lazımdır. Buradan Sueli salamlayıb, öpürəm”.

Gözəlləşmək üçün bıçaq altına uzanan məşhurlardan olan A.İsmayılova haqqında danışılan mamoplastika (red: sinə əməliyyatı) iddialarını yalanlayıb:

“Bir tək burnumda rinoplastika əməliyyatı aparılıb. O ki qaldı mənim sinə əməliyyatı keçirməyimə, nə istəyirlər danışsınlar. Bu barədə danışmaq belə istəmirəm. Çünki utanıram. Kamera önündə bu sözlər danışılmaz.

Bizim bir çox ulduzlarımız “bədən şəkilləndirici” əməliyyata üz tuturlar. Buna normal baxıram. Bu əməliyyatı keçirmək istəyirəm. Amma həkim dedi ki, səndə piy var ki, bu əməliyyatı edək”.

“Ombanızı da böyütmək istəyirsiniz?”sualına isə Aysun “İstərdim, niyə də yox? Amma alınmaz, çünki piyim yoxdur” – cavabını verib.

Daha sonra ifaçı “Hansı bəyə “Hə” deyib, onunla evlənərsiniz?” sualına isə belə münasibət bildirib:

“Elçilər o qədərdir ki… Amma qapıma istədiyim insan hələ gəlməyib. İstədiyim və “Hə” deyəcəyim bəyin insanlığı daha önəmlidir. İnsan olsun. Boyu-buxunu, qaşı-gözü, varlı olması vacib deyil. Əsas odur ki, onu sevdiyim kimi o da məni sevsin. Anam deyəndə ki, elçilər gəlib, söyləyirəm ki, yox cavabını elə de ki, inciyib getməsinlər. O da elçilərə qızım üçün ərə getmək hələ tezdir deyir.

“Şou-biznesin zövqsüz məşhuru Şəbnəm Tovuzludur” – deyən Aysun fikirlərini belə davam etdirib:

“Şəbnəmin xətrini çox istəyirəm. Amma geyim tərzini dəyişsə, çox yaxşı olar”.

“Son günlər sosial mediada ən çox müzakirə olunan Əməkdar artist Aybəniz Haşımovanın müğənni qızı Aynişanın toyu oldu. O, toyunun mediaya qapalı keçməsini desə də, hər şey tərsinə oldu” fikrinə müğənninin reaksiyası belə olub:

“Aynışanı təbrik edirəm. Çox gözəl görünürdü. Hər kəsin bir alın yazısı və xəyalındakı toy arzusu var. Xəyalımdakı toy qapalı olmalıdır. Aynişan toyunda olduğu kimi icazə vermərəm ki, toyumda baş verənlər mediaya bu qədər açıq şəkildə yayılsın. Mənə bu lazım deyil. Ailəmi hər zaman gizli saxlayacağam. Çox qapalı və ağır bir toy mərasimi keçməlidir. Toyumda “diskoteka” olmayacaq. “Diskoteka” mahnılarına toyumda oynasam, qonaqlar qarşısında çox utanaram. Efirə açıq-saçıq geyimdə çıxsam da, dənizdə “parero”nu üzərimdən çıxarmıram ki, birdən məni kimsə çimərlik geyimində görər”.

 

XƏBƏR LENTİ
İdman / 05.10.2025 09:22
“Yurd.Media”-“Zəfər 44”ə, “Vətən” isə “Veteranlar”a qarşı
İdman / 05.10.2025 02:25
“APA” və “Baku TV” qələbə qazanıb - FOTO - VİDEO
Mədəni / 04.10.2025 23:21
“Azərbaycan mətbəxi: sufi və dərviş süfrələri”
İdman / 04.10.2025 08:42
“APA”-“BakuWS” və “Baku TV”-“AZƏRTAC” duelə çıxır
Siyasi, Sosial / 03.10.2025 23:18
“Milli yaddaşımızdan erməni xisləti heç vaxt çıxmayıb” - FOTO - VİDEO
Sosial / 03.10.2025 14:16
Andranikin şəkilini qoparıb atırdıq – Avtandil Məmmədovun “Həyat Hekayəsi” – ANONS - FOTO - VİDEO
İdman / 03.10.2025 09:22
Həftə sonu 8 komanda münasibətlərə aydınlıq gətirəcək - FOTO
Siyasi, Təhlil / 02.10.2025 23:32
Alma-Ata Bəyannaməsi niyə İrəvanı həyəcanlandırır? - VİDEO
Siyasi / 02.10.2025 14:22
“Ermənistan 20-25 ilə yox olacaq” – ANONS
Siyasi, Sosial / 01.10.2025 23:42
“Sovetlərin Ankaraya qarşı ideoloji aləti: “erməni kartı”nın yaranması, yayılması və bugünkü iflası” - VİDEO
Siyasi / 01.10.2025 14:22
Türkiyəyə qarşı “erməni kartı” – ANONS
İdman / 01.10.2025 08:22
Telekanal və saytların xatirə turniri ilə bağlı SÜJET və XƏBƏRLƏRİ - FOTO - VİDEO
Siyasi, Sosial / 30.09.2025 23:29
Baba bulaq, Babakişi, Babaxan toponimi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 30.09.2025 18:44
“Sülh sazişi ilin sonunadək imzalana bilər” - VİDEO
Sosial / 30.09.2025 14:22
Məhv edilən Baba mənşəli toponimlər – ANONS - VİDEO
Müsahibə / 30.09.2025 13:22
ABŞ və Çin Azərbaycanla əməkdaşlığa can atır – ANONS - VİDEO
İdman / 30.09.2025 08:03
Turnirin ilk həftəsi – yaddaqalan mənzərə - FOTO
Sosial / 29.09.2025 23:00
“Samuxda 6225 Qərbi azərbaycanlı məskunlaşıb” - VİDEO
Gündəm, İdman / 29.09.2025 16:14
İlk həftənin mənzərəsi: epizodlar, qollar, növbəti oyunlar və bombardirlər – CƏDVƏL - FOTO
İdman / 29.09.2025 09:25
“Dəmir Yumruq” qələbə qazandı, “İctimai TV” heç-heçə etdi - FOTO - VİDEO
İdman / 28.09.2025 10:10
“Dəmir Yumruq” “Zəfər 44″, “Cəmiyyət” isə “Veteranlar”la görüşür
İdman / 28.09.2025 09:52
“Real Tv” və “Az TV” tura qələbə ilə başlayıb - FOTO
İdman / 28.09.2025 08:22
Bakıda 4-cü Ənənəvi Minifutbol Turnirinin açılış mərasimi olub - FOTO - VİDEO
Gündəm / 27.09.2025 10:07
Şəhid jurnalistlərin xatirəsinə Minifutbol Turnirinin bu gün açılışı olacaq - FOTO
Gündəm, Hərbi / 27.09.2025 08:02
Vətən müharibəsinin başlanmasından 5 il ötür - VİDEO
Gündəm / 27.09.2025 00:08
Prezident İlham Əliyevin Anım Günü paylaşımı - FOTO