Dünya 10.07.2020 12:13

APA iclasını COVID-19-a həsr etdi

Asiya Parlament Assambleyasının (APA) COVID-19-a həsr olunan konfransı keçirilib.

Rakus.az xəbər verir ki, Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, konfransın açılışında hazirda təşkilata sədrlik edən Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, İran İslam Şurası Məclisinin sədri Məhəmməd Bakir Qalibaf, Türkiyənin APA-kı nümayəndə heyətinin rəhbəri Asuman Ərdoğan və üzv ölkələrin nümayəndə heyətlərin rəhbərləri çıxış edərək COVID-19 qarşı mübarizənin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

Konfransda, həmçinin qətnamə layihəsi müzakirə olunub və müəyyən təkliflər irəli sürülüb.

APA-nın Baş katibi çıxışında bildirib ki, üç ölkə – Azərbaycan, Türkiyə və Küveytin təşkilatdakı nümayəndə heyətlərin rəhbərləri təşkilatın katibliyinə və üzv ölkələrə müraciət edərək belə bir onlayn konfransın çağırılmasına və COVID-19-la mübarizədə təşkilata üzv ölkələrin birgə səylərinin gücləndirilməsi ilə bağlı müzakirələrin vacibliyini bildiriblər.

Hazırda təşkilata sədrlik edən, belə bir vacib və əhəmiyyətli tədbirin təşkili üçün Türkiyə dövlətinə, onun APA-kı nümayəndə heyətinə və təşkilatın Katibliyinə təşəkkürünü bildirən Azərbaycan nümayəndə heyətinin rəhbəri Q.Paşayeva çıxışında bir çox vacib məqamlara toxunaraq qeyd edib ki, COVID-19 pandemiyasına qarşı davamlı mübarizənin aparılması təqdirəlayiqdir.

Azərbaycanın koronavirusun yayılmasının qarşısını almaq üçün təxirəsalınmaz və zəruri tədbirlər gördüyünü söyləyən Qənirə Paşayeva deyib: “Koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah yaradılıb. Pandemiya zamanı bizim üçün əsas prioritet insanların sağlamlığının qorunması və sosial müdafiəsidir. Koronavirusun pandemiyasının mənfi nəticələrinin azaldılması üçün bir sıra tədbirlər haqqında Prezident Fərmanı imzalayıb. Tədbirlərin maliyyələşdirilməsi üçün Nazirlər Kabinetinə dövlət büdcəsindən 1 milyard manat vəsait ayrılıb. Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Koronavirusla mübarizənin effektivliyini artırmaq üçün Fonda Prezidentin Ehtiyat Fondundan 20 milyon manat ayrılıb. Bundan əlavə, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva illik maaşlarını fonda ianə etdilər.

Qısa müddət ərzində 40-dan çox xəstəxana koronavirus xəstələrinin müalicəsi üçün ayrıldı. Ölkədə 29 sınaq laboratoriyası fəaliyyət göstərir. Bu günə qədər 500 mindən çox test keçirilib. Bundan əlavə, bu dövrdə Bakıda Yeni Klinik tibb müəssisəsi və bir neçə modul tipli xəstəxana kompleksi istifadəyə verilib.

Biz COVID-19-u qarşılıqlı dəstəklə, özümüzə qapanmadan və yalnız birgə səylərlə məğlub edə bilərik. BMT-nin Baş katibi Antonio Quterreşin koronavirusla mübarizəyə dair qlobal humanitar cavab planı barədə açıqlamasını, BMT Baş Assambleyasında müvafiq qətnamələrin qəbul edilməsini və Ümumdünya Səhiyyə Təşkilatının pandemiyaya qarşı qlobal mübarizədə oynadığı vacib rolu təqdir edirik. Pandemiyanın ilk günlərindən ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatı ilə sıx təmasda olub. Ümumdünya Səhiyyə Təşkilatına görə, Azərbaycan pandemiyaya qarşı mübarizədə model ölkələrdən biri hesab olunub. Pandemiyadan zərər çəkən iqtisadiyyatın sektorlarını, işsizləri, iş yerlərini itirənləri, aztəminatlı insanları və hətta qeyri-rəsmi işlə məşğul olanları dəstəkləmək üçün də böyük vəsait (3 milyard manatdan çox vəsait) ayrılıb”.

Koronavirus pandemiyasının dünyadakı vəziyyəti tamamilə dəyişdirdiyini, nəticədə yeni reallıqların ortaya çıxdığını söyləyən Milli Məclisin komitə sədri Azərbaycanın yeni vəziyyətə tez və adekvat reaksiya verdiyini vurğulayıb.

O qeyd edib ki, Azərbaycan Prezidentinin təşəbbüsü ilə Qoşulmama Hərəkatının Təmas Qrupunun “COVID-19 qarşı birlikdəyik” adlı Zirvə toplantısına dünyanın müxtəlif ölkələrindən 40-dan çox yüksək vəzifəli şəxs qatıldı. Yüksək səviyyəli görüşdə Birləşmiş Millətlər Təşkilatının və Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi ilə edilən səylərə toxunuldu və beynəlxalq əməkdaşlıq çərçivəsində bilik və təcrübə mübadiləsi aparmaqla, ən yaxşı təcrübələri tətbiq etməklə pandemiyanı məğlub etməyin mümkünlüyü ifadə edildi. Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü və sədrliyi Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə toplantısı keçirildi. Bu Sammit, həmçinin üzv ölkələrdə COVID-19-u məğlub etmək üçün davam edən səylərə həsr olunmuşdu. Türk Şurası COVID-19-la bağlı ilk onlayn konfrans keçirən təşkilat oldu. Dövlət başçıları arasında fikir mübadiləsi bu təşkilat daxilində səmərəli əməkdaşlığa yaxşı bir yol açdı.

Azərbaycan Respublikasının Prezidenti, Qoşulmama Hərəkatının sədri İlham Əliyevin BMT Baş Assambleyasının Xüsusi sessiyasının keçirilməsi təşəbbüsünü irəli sürdüyünü söyləyən Qənirə Paşayeva 130-dan çox ölkənin Azərbaycan Prezidentinin təşəbbüsünü dəstəklədiyini ifadə edərək deyib: “Azərbaycan 30-dan çox ölkəyə və 3 beynəlxalq təşkilata dezinfeksiyaedici maddələr, qoruyucu vasitələr, tibbi maskalar və digər zəruri avadanlıqlar göndərərək humanitar yardım edib. Azərbaycan koronavirusla mübarizə üçün ÜST-ə 5 milyon ABŞ dolları və Qoşulmama Hərəkatının üzv ölkələrindən ən çox yardıma ehtiyacı olan ölkələrə dəstək vermək üçün isə əlavə 5 milyon ABŞ dolları məbləğində yardım edib”.

Parlament üzvləri olaraq, Azərbaycan Milli Məclisinin səylərindən bəhs edən deputat COVID-19 pandemiyasının başlamasından bu günə qədər parlamentin 20 plenar iclasının keçirildiyini və pandemiyanın nəticələrini yüngülləşdirmək üçün bir sıra təcili qərarların qəbul edildiyini söyləyib.

“Bu çətin dövrdə Heydər Əliyev Fondu dövlət tərəfindən həyata keçirilən tədbirləri dəstəkləmək məqsədilə bir çox sosial aksiyalara başlayıb. Bundan əlavə, Fond pandemiyanın aradan qaldırılması üçün ÜST ilə nümunəvi əməkdaşlıq nümayiş etdirir. Qlobal COVID-19 pandemiyası dünyanın bütün ölkələrinə mənfi təsir göstərir. Bu həlledici dövrdə əməkdaşlığın zəruri olduğuna dərindən inanırıq. Virusla mübarizədə qazanılan təcrübə, məlumat və elmi bilikləri bölüşmək və ehtiyacı olan ölkələrə yardım göstərmək vacibdir. Yalnız qarşılıqlı dəstək, özünü qoruma və birgə səylərlə COVID-19-a qalib gələ bilərik. Biz birlikdə işləməklə böyük hədəflərə xidmət edən dövlətlər olduğumuzu nümayiş etdirməliyik. COVID-19 pandemiyasının hələ də davam etməsi, bununla bağlı bu gərgin dövrlərdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinin vacib olduğunu bir daha göstərir. Biz inanırıq ki, bugünkü müzakirələr COVID-19-la mübarizədə beynəlxalq səylərin daha da gücləndirilməsinə öz müsbət töhfələrini göstərəcək. Mən vurğulamaq istəyirəm ki, Prezident İlham Əliyevin “Biz bir yerdə güclüyük” çağırışı indiki vəziyyətdə çox aktualdır. Biz COVID-19 təhdidinə qarşı səylərimizi birləşdirməklə və beynəlxalq həmrəyliyi gücləndirməklə daha səmərəli mübarizə apara bilərik. Ancaq birlikdə çalışaraq biz böyük məqsədlərə nail ola biləcəyimizi nümayiş etdirə bilərik”, – deyə Qənirə Paşayeva vurğulayıb.

Bir sıra ölkələrin nümayəndə heyətlərinin çıxışlarından sonra bəyanatın geniş müzakirəsi olub, bir sıra təkliflər irəli sürülüb. Azərbaycanın Asiya Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Q.Paşayeva qəbul ediləcək bəyanatla bağlı bir sıra önəmli təkliflərlə çıxış edib.

XƏBƏR LENTİ
Elm və təhsil, Video müsahibə / 24.06.2024 22:06
“Xanlıqlar arasında birlik olsaydı, onların heç biri məğlubiyyətlə üzləşməzdi” - FOTO - VİDEO
Təhlil / 24.06.2024 17:13
Ermənistanın qurtuluşunun real yolları – TƏHLİL
Elm və təhsil, Sosial / 22.06.2024 22:54
Səlcuqların Kanlı qolunun məskunlaşdığı ərazi - FOTO - VİDEO
Siyasi, Sosial / 21.06.2024 21:36
“Deyirdilər ki, Göyçə gölü tərəfdən ermənilər gəlib sizi qıracaq” - FOTO - VİDEO
Siyasi / 21.06.2024 16:28
Dəyişməyən mövqelər – Prezidentlə dövlət katibinin telefon danışığı – TƏHLİL
Maraqlı, Sosial / 21.06.2024 14:09
“Atam Vətən həsrətinə dözə bilmədi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 20.06.2024 22:44
“Bakı və Ankara Qərbi Azərbaycana qüvvələr göndərə bilər” - FOTO - VİDEO
Təhlil / 20.06.2024 15:39
Uğur əldə edə bilməyəan hərəkat – Baqratdan qopmalar – TƏHLİL
Təhlil / 20.06.2024 13:47
Qərbi Azərbaycan: Kipr modeli – ANONS
Siyasi, Sosial / 19.06.2024 22:44
Andranikin vəhşiliklər törətdiyi oğuz yurdu - FOTO - VİDEO
Siyasi / 19.06.2024 13:50
Ərazisi 5 dəfə bölünən rayon – ANONS - VİDEO
Gündəm / 18.06.2024 22:48
“İrəvan Respublika Meydanının kabusu-gizlədilmiş həqiqətlər” - FOTO - VİDEO
Gündəm / 18.06.2024 18:30
“Adəm də, Makedoniyalı İsgəndər də, Napoleon da ermənidir?!” - VİDEO
Siyasi, Sosial / 18.06.2024 12:49
“İrəvanda Respublika Meydanının kabusu – ANONS
Siyasi / 18.06.2024 12:27
“Nə üçün Puşkin “sən qorxaqsan, sən qulsan, sən ermənisən” deyib?” – ANONS
Elm və təhsil / 17.06.2024 18:51
Sona Abbasəliqızı Gürcüstan Yazıçılar Birliyinin üzvü seçilib - FOTO
Maraqlı, Sosial / 15.06.2024 22:19
Ağkilsədə ağ daşdan tikələn kilsə üzərində Alban yazısı - FOTO - VİDEO
Sosial / 15.06.2024 14:20
Aşıq Ələsgərin yurdunun tarixi və irsi – ANONS - VİDEO
Maraqlı, Mədəni, Sosial / 14.06.2024 21:41
“Doğma Göyçədə toy edib, qız köçürmək bizə qismət olmadı” - FOTO - VİDEO
Elm və təhsil, Təhlil / 14.06.2024 14:14
“Son zəng”: Azərbaycan adına böyük işlərə çağırış – TƏHLİL
Mədəni / 14.06.2024 13:32
“Bir gün Göyçəyə də gedəcəyik”- İlham Abdullayevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 13.06.2024 22:58
Tibbi ədəbiyyata daxil olan “erməni xəstəliyi”nin əlamətləri - FOTO - VİDEO
Gündəm, Təhlil / 13.06.2024 16:33
Paşinyanın iki çıxışına bir baxış – TƏHLİL
Siyasi / 13.06.2024 13:25
Ermənilər türk ölkəsində yeni “dövlət” qurmağı planlaşdırır – ANONS - VİDEO
Siyasi, Sosial / 12.06.2024 22:24
Üçkilsəni ermənilər necə Eçmiədzin etdilər? - FOTO - VİDEO
Təhlil / 12.06.2024 16:19
Ermənistanın ABŞ ilə Strateji Dialoqu: güclərin yeni qarşıdurma mənbəyi – TƏHLİL