ASKEF-in Balkan turu – 7-ci yazı - FOTO
Xəbər verdiyimiz kimi, Avroasiya Sanat Kultur Edebiyyat ve Bilim Federasyonu (ASKEF) bu il iyulun 14-dən 24-dək Balkan turu təşkil edib.
Turun iştirakçısı Əli Vəliyev və Vüqar Abduyevin səfərlə bağlı 7-ci yazısını Rakus.az-a təqdim edib:
Geriyə vətənə -Ədirnəyə doğru – Kosovoya getmək üçün saat 15-00 radələrində Albaniyanın BLLATA gömrük qapısına gəldik. Məlumunuz olsun ki, Albaniyadan gedən zaman xarici valyutanın məbləği 5000 dolları keçərsə, mütləq bəyan edilməlidir. Qiymətli metalların, əntiq əşyaların, bədii dəyəri olan milli geyimlərin, tarixi kitabların və sənət əsərlərinin ixracı üçün xüsusi icazə tələb olunur. Hər yerdə satılan antik əsərlərin nüsxələrinin pulsuz ixracına icazə verilir. Milli valyuta isə 3000 lek daxilində ixrac oluna bilər. Amma bizlərin heç birində belə məbləğ olmadığından Albaniya sərhəd keçid məntəqəsini rahat keçdik.
KOSOVA-nınkında isə bizi saxladılar. Nəyə əl atsaq da, nə illah eləsək də bizi uzun çək-çevirdən sonra belə Kosovaya buraxmadılar. Öyrəndik ki, buna səbəb ermənilər tərəfindən işğal edilmiş tanınmamış “Dağlıq Qarabağ Respublikası”na (Ermənistan da daxil olmaqla) nümunə ola bilər deyə, Azərbaycanın Kosovanın müstəqilliyinə qarşı olması və onu tanımamasıdır. Bizi Kosovaya buraxmadıqlarından və Şimali Makedoniyaya da Kosovodan keçib getməli olduğumuzdan, Savaş bəy demiş:-“ Şimali Makedoniyaya da heç buraxmadılar”.
Türkiyəli yoldaşların Kosovaya keçmək üçün icazələri olduğundan qərara gəlindi ki, onlar Kosovadan səyahət yollu ilə davam etsinlər, bizlər isə Monteneqro və Serbiyadan geriyə qayıtmaqla Bolqarıstanın paytaxtı Sofiyada yenidən görüşək. Belə də etdik. Səyahət avtobusumuz Türkiyəli qardaşlarımızı Kosovaya keçirib geri qayıtdı. Kosovada Türk qardaşlarımız avtobus kirayələməli oldular. Biz isə avtobusumuz geri qayıdanadək bir saata yaxın gözlədik.
Artıq saat 18-00 radələri idi. Köksümüzü ötürərək avtobusa doluşub Sofiyaya doğru yola çıxdıq. Bir saat getdikdən sonra mola verildi. Hamı yaxındakı yeməkxanaya qaçışdı, mənsə özümü meşəyə verdim ki, görüm meşədən nə tapa bilirəm. Əsl partizan meşəsi idi. Ağacların altı ilə gedən müxtəlif cığırları görəndə ağlıma partizanlar-“Mixaylo” belə düşdü. Meşədə çox uzağa gedə bilmədiyimdən ancaq zoğal və itburnu yığa bildim.
Yolumuz yenə mənzərəli, qoruq elan edilmiş, dağlıq ərazilərdən keçirdi. O da yaxşı idi ki, avtobusumuzda adam az olduğundan hər kəs iki oturacaqda istirahət edə bilirdi. Bir azdan qaranlıq da düşdü.Yol boyu bir-iki dəfə də mola verildi.
21 iyul saat 00-30 olardı ki, nəhayət Serbiyanın PİROT şəhərinə gəlib çatdıq. Bu gecəni də burada keçirməli idik. Savaş bəy burdakı mehmanxananı danışaraq çətinliklə də olsa öz vəsaiti hesabına tuta bilmişdi. Otaqların uyğunsuzluğu bizlər arasında narazıçılığa səbəb olmuşdu. Səhər yeməyi də kasad oldu. Saat 13-00-dək Pirotu gəzməyə icazə verildi. Amma bu vaxt 14-30-dək çəkdi.
Pirot Bolqarıstanla sərhəd yaxınlığında, Serbiyanın cənub-şərqində yerləşir. Burdan Sofiya şəhərinədək 90 km-lik bir məsafə var. Pirot xalqı ucuz xəsislər kimi tanınır. Buraya görməli yerləri görmək üçün gələ bilərsiniz. Vəhşi və gözəl dağlardan, monastırlardan və abidələrdən tutmuş incə folklor və özünüzlə aparmaq istəyəcəyiniz ləzzətli mətbəxə qədər hər şey Pirotda var. Şəhər köhnə və qədimdir. Burda kommunal xidmətlər üzrə sayğacların bir qutuda yerləşdirilməsi çox xoşuma getdi. Pirotda yolu qarşıya keçən yoldaşlarımın halına baxıb, bu halın bizimlə olan, “Cücələrim” mahnısının ilk ifaçısı, əməkdar artistimiz Suğra xanım Bağırzadənin o mahnısına necə üyğun gəldiyini düşündüm.
Nisava çayı şəhəri iki hissəyə bölür. Ümumiyyətlə, bu ərazidə çay və göllər çoxdur. Şəhər yaxşı coğrafi mövqeyi, ticarət əlaqələrinə görə gözəl və zəngin bir bölgə yerləşir. Burda ilboyu müxtəlif tədbirlər keçirilir. Yaxşı kolbasası, pendiri və südü olsa da, bu təamları dada bilmədik. Ucuzluq olduğundan Bolqarıstandan da bura alış-verişə gəlirlər. Çox sevdiyimiz pivə 0,58 AVRO olmasına baxmayaraq, yerli pulumuz olmadığından biz onu bir Avroya ala bildik. Türk dövründə Pirotun adı Serkoy Varosko kəndi adlanırmış. Bununla belə bir konak adından başqa burda başqa türk izinə rast gəlmədik. Burda bələdçimiz Sedat bəy bizdən ayrılıb öz yolu ilə gedir.
Artıq günorta saat 3-ə az qalır və biz Türk qardaşlarımızla görüşmək üzrə Sofiya şəhərinə yola düşürük. Saat 16-40-da gömrük keçid məntəqəsindən keçib, 18-00-də Sofiya şəhərində Kosovo və Monteneqronu keçib gələn səyahət yoldaşlarımız- Türk qardaşlarımızla birləşirik. 14 iyulda Bolqarıstanın Plovdiv şəhərində keçələsək də bu ölkəni gəzməmişdik.
Geniş parklarla əhatə olunmuş Sofiya Bolqarıstan Respublikasının paytaxtı və ən böyük şəhəridir.O, Avropanın ən qədim şəhərlərindən biridir. Rütubətli kontinental iqlimə malikdir. Geniş daş döşənmiş bulvarlar, füsunkar butiklər və həqiqətən canlı gecə həyatı bu şəhərin əsas məqamlarını təşkil edir. Bu dinamik şəhərdə trolleybuslar, tramvaylar hələ də işləyir. 0,6%-lə (10 min nəfərdən artıq) burda ikinci böyük etnik qrupu Türklər təşkil edir. 1382-ci ildə Osmanlı İmperiyası tərəfindən fəth edilmişdir.
1830-cu illərdə Bolqarıstan türklərin ən çox yaşadıqları ölkələrdən biri olub. Yəni, Bolqarıstanın müstəqilliyinə gətirib çıxaracaq 1877-1878-ci illər müharibəsi ərəfəsində orada yaşayan türklərin sayı (onların arasında çərkəzlər də vardı) təxminən 1 milyon 700 min nəfər idi. 1887-ci ildə Bolqarıstanda keçirilən əhalinin siyahıyalınmasına görə ölkədə 672 min nəfər türk yaşayırdı. 300 min nəfərə yaxın türk 1830-1880-ci illərdə Bolqarıstanda qətlə yetirilib. O illərdə bolqarlar hər yerdə azlıqda idilər. Ona görə də Bolqarıstan Mülki İdarə Təşkilatı ölkədə bolqarların etnik baxımdan çoxluğuna nail olmaq üçün hər vasitə ilə bölgədə yaşayan türkləri və müsəlmanları ölkədən qovmağa çalışırdılar. O vaxtlarda Bolqarlara qarşı həyata keçirilən türk soyqırımından yazan qəzetlər sonra münaqişə zonasına öz müxbirlərini göndərdilər. Müxbirlər münaqişə bölgəsində gördüklərindən dəhşətə gəlmişdilər.
Əgər dünənə kimi Qərb qəzetləri bölgədə türklərin bolqarları qətlə yetirdiklərini yazırdısa, indi rəy dəyişmişdi. Onların hamısı münaqişə bölgəsindən göndərdikləri məlumatlarda Rusiyanın vəhşi diviziyasının və bolqar quldur dəstələrinin günahsız müsəlman türklərini qətlə yetirdiyini yazır və bunun əsas günahkarı kimi Rusiyanı göstərirdilər. Bunun üçün onlar qətliamlara əl atır, türklərin evlərinə od vurur, onları öldürürdülər. Hadisələrdə məhz rusların vəhşi diviziyasının əsas rol oynadığını yazan Qərb qəzetləri öldürülən türklər arasında çoxlu sayda qadının və uşağın olduğunu bildirirdilər. Hadisələrin şahidi olan Qərbin bölgədəki konsulluqları türklərin qətliama məruz qalmaları barədə öz ölkələrinin müvafiq nazirliklərini hər gün məlumatlandırırdılar. Amma Qərb dövlətləri günümüzdə Fələstində, Dağlıq Qarabağda, İraqda, Əfqanıstanda, Livanda və digər yerlərdə yaşanan müsəlman soyqırımına necə biganə qalırlarsa, o dövrdə də eyni tərzdə hərəkət edir və bütün bu qırğınları görməzliyə vururdular. Bu yolla da onlar Bolqarıstandan Anadoluya köç axınına nail ola bildilər.
Bütün səyahətimiz boyu bizi bir şey çox düşündürürdü ? Keçdiyimiz yerlərdə Türk izinə aid abidələr, qədim Camilərimiz kifayət qədər olduğu halda, nədən yoldaşalrımız daha çox kilsə, kafedral və monastrlar önündə şəkillər çəkdirirlər? Hətta bununla əlaqədar o yoldaşlarla söhbətlər belə etdik. Lakin bizi çarpıdacaq cavablar ala bilmədik. Biz də-“Anlayana çibin sazdı, anlamayana zurna-qaval da azdır” – Atalar sözümüzü deyib keçdik.
Axşam saat 10-dək Sofiyanın küçələrində Türk qardaşlarımızla birlikdə çoxlu şəkillər çəkdik. Bələdçimiz bizi bir Türk lokantasına apardı. Axşam yemıyini də burada yedik. Qarsonumuzun da bir Türk qızı-özbək olmasına da çox sevindik.
Bolqarıstan parlamenti məktəblərdə ana dili öyrədilməsi ilə bağlı layihənin reallaşmasına qəti olaraq icazə verməyib. Doğma dilləri bolqar olmayan məktəblilər – türklər öz dillərini yalnız fakültətiv predmet olaraq öyrənirlər. Bolqarlar bu imtinanı milli azlıqların gizli assimilyası kimi qəbul edirlər. İndi sağ olsun ASKEF-in (Avrasya Sanat Kültür Edebiyat ve Bilim Federasyonu) yaradıçısı və bizim başqanımız Savaş bəy Ünalı və onun kimi Türk qardaşlarımızı. Onlar çalışıb əllərindən gələn köməklikləri Bolqarıstanda yaşayan Türklərə edirlər. Elə Savaş bəy ordakı Türk qardaşlarımızın öz dilini unutmamaları üçün dəfələrlə təhsil ləvazimatları, dərslik və kitablar göndərmiş və hal-hazırda da öz köməkliklərindən qalmır.
Nə isə Sofiya xatirələrini də beləcə tamamlayıb vətənə-Ədirnəyə getmək üçün yola çıxırıq. Qarşıda hələ 350 km-lik bir yolumuz var. Atalarımız yalan deməyib ki, “Sən saydığını say, gör fələk nə sayır.” Bolqarıstandan Ədirnəyə çıxış gömrüyündə böyük bir quyruq var idi. Bütün gecəni yorğun-yorğun gömrük-sərhəd məntəqəsindən nə vaxt keçəcəyimizi gözlədik. Balaca Ayşəmiz lap əldən düşmüşdü, özünü çox pis hiss edirdi. Quyruq boyu yanımızda ihlamur ağacları ilə dolu idi. İhlamurun çiçək açan vaxtı idi, mən bir az toplayıb çeynədim də.
İhlamur (bizlərdə cökə) iyun-avqust aylarında xoş qoxulu, ağ-sarı çiçək açan, yarıtropik bölgədə yetişən, hündürlüyü 30-40 metrə çatan ağac növüdür. Sağlığa faydaları saymaqla bitməz. Çiçək və yarpaqlarından xüsusilə qış aylarında soyuqdəymə, öskürək, qrip kimi xəstəliklər zamanı çay şəklində istehlak etdiyimiz bir bitkidir.
Nəhayət səhərə yaxın Türkiyəmizin ərazisinə keçdik. Hamı özünü tez-tələsik sərhəddəki yeməkxanaya verdi. Zaman – 22 iyul səhəri dan yeri yeni açılmağa (sökülməyə) başlayırdı. Baxdım ki, Əli özünə bir künc tapıb, yorğunluqdan mışıl-mışıl yatır. Yuxuda deyəsən Ardanışı görürdü. Nənəsinin yuxuda ona dediyi sözləri mən də eşitdim:-“A yoxama.., Sənin nə itin azıb, Balkanlar gəzirsən? Oturaydın oturduğun yerdə, Sənə deyən vardı Sonanın uşqalarından Vüqara qoşul, Balkan turuna çıx? İndi di get, çək cəzanı!”