Dünya 26.10.2023 19:40

Avropa İttifaqının müşahidəçiləri Ermənistanda absurd missiya həyata keçirirlər - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti analitik süjet hazırlanıb.

Rakus.az xəbər verir ki, “Ermənistan müxtəlif bölgələrdəki erməniləri  Qərbi Azərbaycana yerləşdirir” adlı süjetdə Azərbaycanla Ermənistan arasında sərhədləri hələ müəyyənləşmədiyi, iki ölkə arasında 2020-ci ilin 10 noyabr bəyanatına əsasən, atəşkəslə bağlı razılıq əldə edildiyi, rəsmi İrəvanın iddiası və təkidinə baxmayaraq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı sərhədlər müəyyənləşmədiyi üçün regiona qüvvə yeritməkdən imtina etdiyi qeyd olunur.

Bildirilir ki, sərhədyanı bölgədə 1988-ci ilədək azərbaycanlılar yaşayıb: “Bu ərazi Qərbi Azərbaycandır. Oranın sakinləri 35 il əvvəl silah gücü ilə  Ermənistan vətəndaşlığından məhrum ediliblər.

İndi həmin ərazidə Avropa İttifaqının mülki müşahidə missiyası yerləşir. Regiona humanitar məqsədi ilə gəldiklərini iddia edən missonerlər Qərbi Azərbaycan ərazisində iki ofis açıblar. Onlardan biri Zəngəzur mahalının Gorus, o biri isə Qafan rayonunda yerləşir. Hazırda Qafan, Aşağı Qaranlıq, Cermukla yanaşı, Karvansara və Keşişkənd bölgələri daxil olmaqla daha 6 rayonda belə məntəqə açılıb”.

Süjetdə diqqətə çatdırılır ki, Avropa İttifaqının mülki müşahidə missiyasının  üzərində durub fəaliyyət göstərdiyi torpaqların əsl sahibləri məhz Qərbi azərbaycanlılardır: “Avropa İttifaqının son zamanlar Ermənistandan Azərbaycana qarşı alət olaraq istifadə etməsi onun missiyasının ədalətli olacağına şübhə yaradır. Ermənistan və havadarları 300 min Ermənistan vətəndaşının pozulan hüququndan bəhs etmir. Ermənistana və həmin əraziyə ermənilərin köçməsinə isə yardım edirlər. Ermənistan dünyanın müxtəlif bölgələrindəki erməniləri  Qərbi Azərbaycana yerləşdirərık onları beynəlxalq ictimaiyyətə repatriant kimi təqdim etməyə çalışır”.

Sonda vurğulanır ki, Avropa İttifaqının müşahidəçiləri Ermənistanı Azərbaycanın təhlükəsindən qorumaq kimi absurd missiya həyata keçirirlər: “Bu missionerlər 30 il Azərbaycan torpaqlarında – Qarabağda, Şuşada, Laçında, Kəlbəcərdə də ermənilərin işğalçı fəaliyyətinə göz yumur, müxtəlif məqsədi monitorinqlər keçirirdilər. İndi də qərbi azərbaycanlıların pozulan, tapdanan hüquqları üzərindən guya Ermənistanın atəşdən qorunması üçün “mülkü müşahidə missiyası” kimi regionun təhlükəsizliyinə, inteqrasiyasına və s. müsbət inkişafına heç bir faydası olmayan işlərlə məşğuldurlar. Əksinə, onların Ermənistanyönlü, şərti Ermənistan adlanan, Qərbi Azərbaycan  ərazisində  monitorinq aparması regional barışa təhdiddir. Bu həm də Qərbi azərbaycanlıların pozulan haqqına sayğısızlıqdır. Onların müşahidə apardığı ərazidə İranla sərhədlərdən tutmuş Göyçə gölünə, İrəvanadək bütün ərazilərdən 1988-ci ildə qərb azərbaycanlılar öz yurdlarından qovulublar. Odur ki, Avropa İttifaqı, beynəlxalq vasitəçi iddiasında olanlar qərbi azərbaycanlıların pozulmuş vətəndaş haqqını tanımağa borcludur”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Süjet sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında oktyabrın 26-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO