Aygünlə Filipp sürpriz hazırlayır
Xalq artisti Aygün Kazımova rusiyalı həmkarı Filipp Kirkorovla yenidən eyni səhnəni paylaşacaq.
Rakus.az xəbər verir ki, bu haqda Filipp “Eurovision”la bağlı getdiyi İsraildə müğənni-bəstəkar Murad Arifə açıqlamasında deyib.
Filipp bildirib ki, iyulda keçirilməsi planlaşdırılan “Jara” festivalında tamaşaçılara sürpriz hazırlanır. O, Kazımova ilə duet oxuyacağını söyləyib:
“Aygünlə dostluq edirik. Mən o xanıma heyranam. Birlikdə bolqar mahnısı oxuyacağıq”.
Xatırladaq ki, Aygünlə Filipp illər əvvəl Moskvada da eyni səhnəni bölüşüblər. Xalq artisti Emin Ağalarovun təşkilatçılığı ilə keçirilən “Jara” iyulun 25-dən 28-nədək davam edəcək.
Murad Arif İsraildə keçiriləcək “Eurovision” mahnı müsabiqəsinin Azərbaycan üzrə şərhçisi olacaq. O, İTV tərəfindən İsrailə ezam edilib. (axşam.az)