Dünya 07.11.2023 14:21

Azərbaycan ən etibarlı tərəfdaş – Avropa İttifaqının hədəfi – TƏHLİL - FOTO

Avropa İttifaqının (Aİ) hədəflərindən biri də dünyada güc mərkəzi olaraq çıxış etməkdir. İkinci Dünya Müharibəsindən sonra Almaniya və Fransa kimi biri-birinə tarixi zidd qüvvənin başçılığı ilə bu beynəlxalq birliyin təsis edilməsi də bunu təsdiqləyir. Ancaq ötən illər ərzində, hətta “soyuq müharibə” dövründə bu qurumun aparıcı gücü görünmədi. Son 30 ildə, yəni sovet ittifaqı dağılandan sonra da Aİ daha çox kölgədə qalmağa üstünlük verib.

Bunun səbəblərindən biri heç şübhəsiz ki, idarəçiliklə bağlıdır. Mövcud olduğu illərdə ittifaqda bir sıra cinayətlər baş verib. Qanundankənar işlər daha çox lobbiçilik fəaliyyəti ilə bağlı olur. Avropa İttifaqı parlamenti sədrinin müavini Eva Kaylinin də üzvü olduğu cinayətkar qrupun törətdiyi əməlləri yada salmaq kifayət edər.

Avropa Parlamentində Azərbaycan və Türkiyəyə qarşı korrupsiya ilə məşğul olan erməni lobbisi fəaliyyət göstərib.

Avropa İttifaqı rəhbərliyinin Azərbaycanla Ermənistan arasında vasitəçilik cəhdlərini də uğurlu saymaq olmaz. İspaniyanın Qranada şəhərində oktyabrın 5-də planlaşdırılan beştərəfli görüşdən rəsmi Bakının imtina etməsi buna örnəkdir. Buna səbəb nəzərdə tutulan beştərəfli görüşdə iştirakçı olan Fransanın destruktiv mövqe tutması, eləcə də Paris və Berlinin Türkiyənin görüşdə iştirak etməsi ilə bağlı fikir ayrılığıdır. Bu qurumun rəhbərləri öz ölkələrində hakimiyyətdə olduqları illərdə də problemlərin həllində acizlik göstəriblər. Məsələn, Avropa İttifaqı Şurasının sədri Şarl Mişel Belçikada Baş nazir olarkən hökuməti antimiqrasiya siyasəti yürüdüb. Bu düşüncənin ittifaqa gətirilmədiyinə şübhə yoxdur. Kompromis ustası sayılan Mişel Ermənistan-Azərbaycan münasibətlərinin normallaşaması istiqamətində aparılan danışıqlarda tərəfli göründü. Bununla da diplomatik fəaliyyət cəhdi uğursuz oldu.

Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Avropa İttifaqının ali nümayəndəsi Jozep Borreli də uğurlu rəhbər saymaq olmaz. İspaniyada xarici işlər naziri işləyərkən krallığın ərazi bütövlüyü ilə bağlı məsələnin həllinə yardım edə bilməyib. Əksinə, onun mövqeyi etnik ehtirasların qızışmasına səbəb olub. Odur ki, Jozep Borrelin dünyada baş verən müxtəlif münaqişələrə münasibəti də yarımçıq görünür. Onun başçılıq etdiyi sahə vahid bazar və ortaq pul toplusu sahəsində uğur qazana bilməyib.

Avropa İttifaqı rəhbərliyində belə yarımçıq siyasi xadimlər fəaliyyət göstərsə də, quruma üzv ölkələrlə Azərbaycanın iqtisadi-ticarət, siyasi-dilplomatik və mədəni əlaqələri daha yüksək səviyyədədir.

Ötən gün Xorvatiyanın baş naziri Andrey Plenkoviçin Azərbaycana səfəri bunu təsdiqləyən çoxsaylı faktlardandır.

Azərbaycan Prezidenti İlham Əliyevin Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə təkbətək görüşü olub. Görüşdə iki ölkə arasında iqtisadi-ticarət əlaqələrin genişləndirilməsi, energetika, turizm və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub.

Çexiya, Rumıniya, Bolqarıstan, Polşa, Slovakiya, Sloveniya, Monteneqro, Macarıstan, İtaliya, Niderland Krallığı və Avropa İttifaqına üzv olan başqa dövlətlərin liderlərinin səfərləri Azərbaycana marağın yüksək olduğunu göstərir. Son 3 ildə Aİ ölkələri ilə Azərbaycan arasında ticarət dövriyyəsi həcminin artması da buna sübutdur.

Azərbaycanın ittifaq üzvləri ilə əlaqələri və əməkdaşlığı enerji təhlükəsizliyi sahəsində də özünü göstərir. Rəsmi Bakı ittifaqın bu istiqamətdə ən etibarlı tərəfdaşı olaraq çıxış edir.

Aİ-yə üzv ölkələrlə əlaqələrin genişlənməsi, həmin dövlətlərin liderlərinin Bakıya səfərləri onların Azərbaycanın ərazi bütövlüyünü tam bərpasına münasibətinin göstəricisidir. Şarl Mişel, Jozep Borrel kimi yarımçıq və tərəfli rəhbərlərindən fərqli olaraq, ittifaqın ayrı-ayrı üzvləri Azərbaycanın ərazi bütövlüyü, yaxud İrəvanın əsassız iddialarını danışıqlarda müzakirə etmirlər. Odur ki, ittifaqın ermənipərəst, Yelisey sarayının göstərişi ilə fəaliyyət göstərən bəzi rəhbərlərindən fərqli olaraq, quruma üzv dövlət üçün ərazi məsələsi bitib. İndi yeni dövr başlayıb. Avropa İttifaqına üzv ölkələr yeni dövr və şərait üçün siyasət qurur. Bakı-Tbilis-İrəvan üçtərəfli əməkdaşlığın perspektivini müzakirə edir, ittifaqın rəhbərliyi isə hələ də vasitəçilik missiyası arzusundadır…

Sədrəddin Soltan – “Report”

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO