Video müsahibə 29.09.2023 00:37

Sovet vaxtı azərbaycanlıların soyqırımını əks etdirən 36 cild toplanıb - FOTO - VİDEO

Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində rus dilində ilk buraxılışı efirə gedib.

Rakus.az xəbər verir ki, aparıcı Ellada Sarvanın müsahibi Azərbaycan Milli Elmər Akademiyasının (AMEA) Tarix İnstitutunun icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru, dosent İlqar Niftəliyev olub.

O, ölkədaxilində və xaricdə 100-dən çox elmi əsərlərin, məqalələrin müəllifi kimi, ermənilərin XX əsrin 20-ci illərində Azərbaycan SSR-yə qarşı həyata keçirdiyi ekspansiya planlarından, erməni saxtakarlığı ilə bağlı beynəlxalq miqyasda müzakirə və diskusiyalar aparıldığımı deyib, müxtəlif dövrlərdə İrəvanda azərbaycanlıların soyqırımı ilə bağlı yeni faktlardan, tarixi həqiqətlərdən söz açıb.

Onun sözlərinə görə, Qərbi Azərbaycan tarixi Azərbaycan ərazisidir. Bu ərazi uzun əsrlər boyu Qafqaz Albaniyasından tutmuş Səfəvilər imperiyasına qədər Azərbaycan dövlətlərinin tərkib hissəsi olub. Rusların işğalından sonra Osmanlı İmperiyası ərazisindən, eləcə də Qacar ​​dövlətinin ərazisindən erməni əhalisinin kütləvi şəkildə köçürülməsinə başlanılıb və bu, etnodemoqrafik vəziyyəti kəskin şəkildə dəyişdirib. Ermənilərin sayı getdikcə artmağa başladı və son nəticədə bu, XX əsrin əvvəllərində İrəvan quberniyasının ərazisində etnik toqquşmaların baş verməsinin səbəblərindən biri olub. Azərbaycan SSR ilə Ermənistan SSR arasında ərazi mübahisələri heç zaman dayanmayıb. O dövrdə yaradılan xüsusi  komissiya azərbaycanlıların dinc əhalisinə qarşı soyqırımı faktlarını əks etdirən 36 cild toplayıb. Orada qeyd olunur ki, Ermənistan hökuməti azərbaycanlı mülki əhaliyə qarşı qoşun yeridib, soyqırım törədib, erməni silahlıları 199-a yaxın kəndi dağıdıb”.

Tarixçi bildirib ki, sovet vaxtı Azərbaycan tarixçilərinə İrəvan quberniyasında azərbaycanlıların soyqırımı ilə bağlı sənədlərdən istifadə üçün qadağa qoyulmuşdu: “1918-ci ildə daşnaklar Azərbaycan əhalisini sistemli şəkildə məhv etmək üçün İrəvan quberniyasının ərazisinin bir hissəsi hesabına Ermənistanda öz hakimiyyətlərini qurublar. Ararat Respublikasının mövcud olduğu 30 ay ərzində həmin ərazidə müsəlman əhalisi 77 faiz azalıb. “Daşnaksütyun” Partiyasının rəhbərlik etdiyi erməni silahlı qüvvələri müsəlman əhaliyə qarşı kütləvi qırğınlar həyata keçirib”.

Qərbi azərbaycanlıların doğma yurda qayıdışının təmin olunmasının iki dövlət arasındakı münasibətdən asılı olduğunu deyən İ.Niftəliyev diqqətə çatdırıb ki, bu gün Qərbi azərbaycanlıların Vətənə qayıdışı məsələsi əsas hədəflərdəndir. Bunun reallaşması üçün görülən işlər yetərlidir və biz tarixi torpaqlarımıza mütləq qayıdacağıq”.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim  torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz  qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 28-də saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında rus dilində yayımlanıb.

 

 

 

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO