Mədəni 31.12.2019 01:12

Azərbaycanlı tələbənin Vyana uğuru

Bu günlərdə Avstriyanın Vyana şəhərində F.Şubert adına Konservatoriyanın tələbələrinin 2020-ci ilin gəlişi münasibətilə geniş konserti keçirilib.

Rakus.az xəbər verir ki, konsertdə Çin, Koreya Respublikası , Almaniya, Fransa, Serbiya, Türkiyə, Avstriya və digər ölkələrin tələbələri ilə yanaşı, Azərbaycandan olan I kurs tələbəsi, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli də çıxış edib.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Tofiq Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin fortepiano ixtisası üzrə məzunu, Avstriyanın Frans Şubert adına Vyana Konservatoriyasında təhsil alan ilk azərbaycanlı tələbə, respublika və beynəlxalq müsabiqələr laureatı Ayan Məmmədli Vyana Konservatoriyasına yüksək balla qəbul olub və onun təhsili bütünlüklə dövlət tərəfindən qarşılanır.

Vyanada konsert salonlarından birində keçirilən konsertdə əsasən böyük klassik Avstriya bəstəkarları olan Şubert, Brams, Bax, Motsart, Haydın və Bethovenin əsərləri simli, nəfəsli alətlərdə, kvartet və xor qrupunun ifasında səsləndirilib.

Konsertdə Ayan Məmmədlinin fortepianoda yeganə solo ifası hamı tərəfindən böyük rəğbətlə qarşılanıb. Təsadüfi deyil ki, konsertin sonunda F.Şubert adına Konservatoriyanın rektoru Daniela Eqq, professor Lefteris Qriqoriadis və digərləri Ayan Məmmədlinin ifasına böyük dəyər verərək bildiriblər ki, I kurs tələbəsi olmasına baxmayaraq Ayan son dərəcə professional bir ifa təqdim edib. “Bu da onun mükəmməl baza biliyinə malik olmasının bariz göstəricisidir”, – deyə Daniela Eqq vurğulayıb.

Həmyerlimiz Ayan Məmmədlinin təhsil aldığı Avropada qazandığı hər bir uğur, həm də doğma vətənimizin uğurudur. Ümid edirik ki, Ayan Məmmədli kimi istedadlı gənclərimiz dövlətimizin onlara bəslədiyi etimadı hər zaman layiqincə doğruldacaqlar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO