skip to Main Content
İdman 29.04.2019 12:51

Bakıda ingilis-alman qarşılaşmasını xəyal edirəm – Elxan Məmmədov

 

AFFA-nın baş katibi Elxan Məmmədov “Sovetski Sport” nəşrinə müsahibə verib. Matc.az saytının məlumatına görə, assosiasiya rəsmisi Avropa Liqasının finalı, AVRO-2020, həmçinin Azərbaycan futbolu ilə bağlı fikirlərini bölüşüb.

– Mayın 9-da Avropa Liqasının finalçılarını biləcəyik. Yarımfinalda “Çelsi”, “Arsenal”, “Ayntraxt” və “Valensiya” mübarizə aparacaq. Mayın 29-da Bakıda hansı komandaları görmək istərdiniz?

– Şəxsən mən ingilis-alman qarşılaşmasını xəyal edirəm. Xalqımızın 1966-cı ildəki dünya çempionatının finalına bağlı olduğunu gözəl bilirsiniz. Həmin vaxt laynsman azərbaycanlı hakim Tofiq Bəhramov idi. Finalın hekayəsindən də bildiyimiz kimi, ingilislər yeganə dünya çempionluqlarını həmin vaxt qazanıblar.

– Həmin xəyali qol tez-tez xatırlanır. Ancaq bugünkü azarkeşlər – hansı ki, final üçün gələcək insanlar həmin görüşdə yaşananları o qədər də yaxşı bilmirlər…

– Məncə, xatırlayırlar. Hətta azarkeşlər üçün xüsusi bir yer təşkil edər və onları şəhərdəki Bəhramov abidəsinə apararıq.

– Bakı artıq beynəlxalq yarışların təşkili baxımından böyük təcrübəyə malikdi. Ancaq bu səviyyədə futbol yarışı olmayıb. Bir il sonra isə Bakıda AVRO-2020-nin 4 oyunu keçiriləcək…

– Əlbəttə, şanslıyıq ki, bir il əvvəl Rusiyada böyük futbol bayramı oldu. Həmin vaxt çox şey öyrəndik. Bizim mütəxəssislər təşkilatçılıq, təhlükəsizlik məsələlərini yerində görmək üçün dünya çempionatı vaxtı Moskva və Sankt-Peterburqda oldular. Bu, sadəcə, nümunəvi bir turnir idi. Sizdə 64 oyun keçirilmişdisə, burda 1 görüş baş tutacaq. Digər miqyasda. Ümid edirəm ki, öhdəsindən gələcəyik.

– Nə qədər azarkeşin gələcəyi bəllidimi?

– UEFA martda onlayn satışı elan etdiyi zaman dərhal 21 min bilet alındı. Bu hələ mart ayında olmuşdu və həmin vaxt heç yarımfinalçılar bilinmirdi. İnsanlar onlayn şəkildə bilet alıblar, çünki onlar Bakıya gəlmək istəyirlər.

– Biletlərin qalan hissəsi necə paylanacaq? Stadionda 64 mindən çox oturacaq var…

– UEFA ilə razılığa görə, 15 min bilet yerli auditoriyaya satılacaq. 10 min bilet finala çıxacaq komandaların azarkeşləri üçün nəzərdə tutulub. Əminəm ki, stadion tam dolacaq və turistlər əsl futbol bayramını hiss edəcəklər. Təxminən bir ay əvvəl fan-zonanı artırmaq üçün əsaslı bir qərar verdik. Bütün infrastruktur hazırdı. Stadion 2015-ci ildə Avropa Oyunları üçün tikilmişdi. Yeni, rahat və müasirdi. Hər şeyə hazırıq, bizə yalnız mayın 9-nu gözləmək qalır.

– İqtisadi baxımdan finalda kimlərin olması sizə sərf edir?

– Əlbəttə ki, ingilislərin. O zaman təkcə pivədə bütün xərclər ödənəcək.

– Bəs AVRO-2020-dəki 4 oyun üçün?

– Bu barədə iyunun 1-dən düşünməyə başlayacağıq. Həmin vaxt AVRO-2020-nin Əməliyyat Komitəsi işə start verəcək. Bakıda qrup mərhələsinin oyunları gələn il iyunun 13, 17 və 21-də keçiriləcək. İyulun 4-də isə bir 1/4 final görüşü təşkil olunacaq. Bayram uzun müddət davam edəcək. Əgər Azərbaycan millisi iştirak edə bilməsə, 1/4 finalda Rusiya yığmasını gözləyəcəyik.

– “Formula-1” yarışının vaxtını Avropa çempionatının oyunları ilə birləşdirmək ideyası var…

– Çox çətin andı. Onların tam fərqli pərəstişkarları var. AVRO-2020-nin təqvimi hələ yoxdu. Yayda bununla bağlı bir ön qərar veriləcək. Görək, necə edəcəyik ki, hər şey problemsiz keçsin.

– Azərbaycanla Rusiya yığmasını seçmək hüququ olan və Rusiyanı üstün tutan futbolçulara xain gözü ilə baxılmır?

– Qətiyyən, xeyr. İnsan öz karyerasını qurur. Əgər karyerası baxımından bu yaxşı olacaqsa, hər şey tamamdı. Aleksandr Səmədovu nəzərdə tutursunuzsa, onunla ideal münasibətlərimiz var. O, Avropa Liqası finalının səfiridi. Yeri gəlmişkən, mayın 29-da mütləq gələcək.

– Azərbaycanda futbol hazırda hansı səviyyədədi? Populyardımı?

– Bəli, populyardı. Amma nəticələrə görə mübarizədən geri qalır.

– Futbolunuzda nə çatmır?

– Problem futbolçuların evdən kənara çıxmaq istəməməsidi. Hava yaxşıdı, hər şey ürəklərincədi – bu üzdən də getmirlər. Ancaq inkişaf üçün ölkə xaricinə yollanmaq lazımdı.

– Azərbaycan çempionatında limit var?

– Bəli, bu, sizdəki limitdən daha sərtdi. 6 əcnəbi və 5 yerli…

– Rusiyada da belədi…

– Xeyr, bizdə bir nüans da var: meydanda mütləq bir nəfər 21 yaşadək oyunçu olmalıdı. Klublar, məşqçilər, rəsmilər buna qarşı çıxırlar. Ancaq bizdə bu var.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Back To Top
×Close search
Axtar