Texnologiya 19.06.2019 13:13

Bakıda LoRaWAN simsiz rabitə şəbəkəsi yaradılır

Bakıda əşyaların internetini (“internet of things” – IoT) birləşdirəcək LoRaWAN simsiz rabitə şəbəkəsi yaradılır.

Rakus.az xəbər verir ki, bunu “Sumaks” şirkətinin icraçı direktoru Cavid Məmmədov deyib.

Onun sözlərinə görə, hazırda bu layihə dövlət qurumu tərəfindən həyata keçirilir və ilkin məlumata əsasən, onun təqdimatı cari ilin sentyabr-oktyabr aylarına gözlənilir.

“Hazırda LoRaWAN texnologiyası bir sıra Avropa və Asiya ölkələrində geniş tətbiq olunur. Texnologiyanın əsas funksiyası ətrafda olan IoT cihazları arasında məlumat mübadiləsinin yaradılmasıdır. Şəbəkəni yaratmaq üçün olduqca az xərc tələb olunur. Məsələn, bir LoRaWAN baza stansiyasının quraşdırılması orta hesabla 300 ABŞ dollarına başa gəlir. 1 000 cihaz arasında məlumat mübadiləsi üçün isə baza stansiyasının minimal internet tarif planına qoşulması kifayət edir”, – deyə C. Məmmədov qeyd edib.

Şirkətinin icraçı direktoru həmçinin əlavə edib ki, IoT cihazları arasında məlumat mübadiləsi üçün sim-modulun olmasına zərurət yaranmır, belə ki, sim-modul LoRaWAN detalı əvəz edir: “Bu isə öz növbəsində şəbəkənin quraşdırılmasını bir qədər də ucuzlaşdırır. Məsələn, hər bir sim-modulun ölkəyə idxalı təxminən 15 manata başa gəlir. Bura gömrük rüsumu, IMEI kodun qeydiyyatı və yol xərcləri daxildir. Bundan başqa hər bir cihazın ayrı ayrılıqda şəbəkəyə qoşulması üçün internetə çıxışı olmalıdır ki, bu da əlavə xərc tələb edir. LoRaWAN detalı isə təxminən 5 manata başa gəlir və onun şəbəkəyə qoşulması üçün əlavə xərc tələb olunmur”, – deyə C. Məmmədov vurğulayıb.

O həmçinin əlavə edib ki, Bakıda yaradılan LoRaWAN simsiz rabitə şəbəkəsinin 433 MHz tezlikdə işləyəcəyi nəzərdə tutulur. (apa.az)

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO