Mədəni 18.11.2019 01:12

Bakıda xeyriyyə konserti veriləcək

Bu il dekabrın 5-də Macarıstanın Azərbaycandakı səfirliyi və “Nargis” Fondunun birgə təşkilatçılığı ilə beynəlxalq müsabiqələr laureatı Erdi Tamaş (Macarıstan) və Azərbaycan Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyevin rəhbərliyi altında baş dirijoru olduğu Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin xeyriyyə konserti baş tutacaq.

Rakus.az xəbər verir ki,  konsert Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.

Uşaq ikən görmə qabiliyyətini itirməsinə baxmayaraq, bu özəlliyi Tamaş üçün sevdiyi sənətlə məşğul olmaq və olduqca uğurlu karyera qurmağa əngəl yaratmadı. O, tez-tez dünyanın fərqli qitələrində konsertlərlə çıxış edir və tamaşaçılar tərəfindən alqışlarla qarşılanır. Konsert çərçivəsində macarıstanlı musiqiçi azərbaycanlı həmkarı və dostu, dünyaca məşhur dirijor, Azərbaycanın Əməkdar artisti Əyyub Quliyevlə səhnəni paylaşacaq.

Ə.Quliyev bir çox məşhur xarici simfonik orkestrlə, o cümlədən Royal Filarmoniya Orkestri, Fransa Radiosu Filarmonik Orkestri, Vyana Kamera Orkestri, Mariinski Teatrının Simfonik Orkestri və digərləri ilə əməkdaşlıq edir. Bununla yanaşı o, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru və musiqi direktorudur.

Dekabrda Tamaş Erdi ilk dəfə Bakıda konsert proqramı ilə çıxış edəcək. Ancaq konsertin məqsədi T.Erdi və Ə.Quliyev sənətinin və ümumiyyətlə klassik musiqi sevənlərin zövqünü oxşayacaq bir axşam keçirməklə kifayətlənmir. Belə ki, bu möhtəşəm konsert sırf xeyriyyə məqsədi daşıyır. Bilet satışından əldə olunan bütün gəlir Azərbaycan Uşaqlar Birliyi-Uşaq Sığınacağı Reinteqrasiya Mərkəzinin ehtiyaclarının qarşılanması və sağlamlıq imkanları məhdud olan uşaqlar üçün 5 nömrəli xüsusi internat məktəbinin şagirdləri üçün Brayl lövhələrinin alınmasına yönləndiriləcək.

Konsertin xeyriyyə məqsədinə dəstək olaraq tədbirin bədii hissəsindən sonra Dövlət Filarmoniyasının foyesində Macarıstan səfirliyi tərəfindən kiçik xeyriyyə yarmarkası təşkil olunacaq. Yarmarkada tədbirə özəl gətirilmiş qış sezonunun başlanğıcını simvolizə edən Macarıstan təamları və şirniyyatları satışa çıxarılacaq.

Xatırladaq ki, 2018-ci ildə Macarıstanın ölkəmizdəki səfirliyi, “Nargis” jurnalı və Fondunun birgə təşkil etdiyi xeyriyyə konserti və yarmarkası keçirilmişdi. Tədbirdən əldə olunmuş bütün vəsait 5 nömrəli respublika xüsusi internat məktəbində oxuyan sağlamlıq imkanları məhdud uşaqlar üçün Brayl çap maşının əldə olunmasına yönəldi.

Biletləri iTicket.az saytından və kassalarından əldə etmək olar.

XƏBƏR LENTİ
Mətbuat / 12.03.2026 12:25
Baku TV-nin “YouTube”da baxış sayı 2 milyardı keçib
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO