Mədəni 04.04.2019 20:03

Bakıya 200 ölkədən 3 min qonaq gələcək

Bu il ölkəmizin ev sahibliyi edəcəyi UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında dünyanın 200-dən çox ölkəsindən 3000-ə yaxın nümayəndənin iştirakı gözlənilir. Azərbaycana gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza proseduraları isə ölkə başçısının sərəncamı ilə sadələşdirilir.

Rakus.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin aparat rəhbərinin müavini Vasif Eyvazzadə məlumat verib.

“Bu il ölkəmiz daha bir mötəbər tədbirə ev sahibliyi edəcək. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası Bakıda keçiriləcək. Sessiya çərçivəsində xüsusi proqramlar nəzərdə tutulub. Bu, “Gənc peşəkarlar”ın və “Abidə menecerləri”nin forumlarıdır”, – V.Eyvazzadə söyləyib.

Sessiyada iştirak etmək üçün Azərbaycana gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu il iyunun 20-dən iyulun 10-dək Azərbaycanın beynəlxalq hava limanlarında viza ala biləcəklər.

Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama uyğun olaraq, Xarici İşlər Nazirliyi tərəfindən viza proseduralarının sadələşdirilməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin “ASAN Viza” sistemi vasitəsilə elektron viza almaq imkanı barədə UNESCO-ya və xarici ölkələrin müvafiq orqanlarına məlumat veriləcək. Eləcə də, məlumatın Azərbaycanın xarici ölkələrdəki səfirliklərinin və konsulluqlarının internet informasiya ehtiyatlarında yerləşdirilməsi təmin ediləcək. Dövlət Miqrasiya Xidməti isə ölkəmizə uçuşlar həyata keçirən aviaşirkətlərə sessiyada iştirakla əlaqədar viza proseduralarının sadələşdirilməsi barədə məlumat verəcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO