“Bəxtəvər Per” filmi qalib seçildi
Pekin IX Beynəlxalq Kinofestivalında “Tyantyan” (“Səma məbədi”) mükafatı uğrunda mübarizə aparan 14 ekran əsərindən Danimarka rejissoru Bill Auqustun “Bəxtəvər Per” filmi qalib seçilib.
Rakus.az xəbər verir ki, münsiflər heyətinin qərarına görə daha yeddi film xüsusi mükafatlara layiq görülüb.
Laslo Nemeşanın “Qürub” (Sunset) əsəri (Fransa) ən yaxşı rejissor işi nominasiyasını qazanıb. Stiv Krikrisin (Yunanıstan) “Ofisiant” (The Waiter) filmi bir dəfəyə iki mükafat qazanıb: ən yaxşı kişi rolu və ən yaxşı musiqi. Aktrisalar arasında ən yüksək mükafatı “Tehran: sevgi şəhəri” adlı filminə görə iranlı Foruq Qacabeqli alıb.
“Ev – Vətən” şüarı altında keçirilən tədbir Çin Xalq Respublikasının 70 illiyinə həsr olunub. 85 ölkədən 775 filmin qatıldığı festival hər il Çində keçirilir.