Bəyi öz toyunda ölənə kimi döydülər
Pakistanda toyda əsl ailə dramı yaşanıb.
Rakus.az xəbər verir ki, Karaci şəhərində keçirilən toyda bəy qovulub, bununla sakitləşməyən qonaqlar onu döyüblərdə.
Məlumata görə, Asif Rafiq Siddiki bir il öncə yerli sakinlərdən biri ilə tanış olub. Cütlük bir müddət sonra evlilik haqqında qərar qəbul edib.
Lakin hər şey onların istədiyi kimi olmayıb. Bəyin ilk həyat yoldaşı qucağında uşaqla mərasimə basqın edib.
Pakistanda çoxarvadlılığa icazə verilib. Kişilər dörd dəfə ailə qura bilərlər. Lakin bu zaman o qarşı tərəfin də razılığını almalıdır. Siddiki isə bunu etməyib.
Qadın qonaqlara deyib ki, 2016-cı ildən “bəy”lə birlikdə yaşayır. Bir neçə il sonra o gizlicə olaraq başqa qadınla evlənib. İlk həyat yoldaşı bu barədə digər qadından aldığı SMS-lə xəbər tutub. Siqqikinin üçüncü dəfə evlənməyini də məhz ikinci qadın xəbər verib.
Həqiqəti eşidən qonaqlar bəyə hücum ediblər. Əyni-başı cırılan bəy hiddətli qonaqlardan gizlənmək üçün avtobusun altına girib.