Mədəni 20.05.2019 18:46

Birgə Fəaliyyət planı imzalandı

Yeni Azərbaycan Partiyası (YAP) ilə Mədəniyyət Nazirliyi arasında “Azərbaycanın dövlətçilik ənənələrinin yaşadılması məqsədilə vətənpərvərlik və mədəni dəyərlərə hörmət hisslərinin gücləndirilməsinə dair birgə Fəaliyyət planı” ilə bağlı sənəd imzalanıb. Sənəd 2019-2020-ci illəri əhatə edir.

Rakus.az xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, tədbirdə çıxış edən Baş nazirin müavini, YAP Sədr müavini – İcra katibi Əli Əhmədov ulu öndər Heydər Əliyevin yaratdığı Yeni Azərbaycan Partiyasının təkcə siyasi sahədə deyil, ölkəmizin mədəni həyatında da mühüm rol oynadığını bildirib. Qeyd edib ki, bu gün YAP-ın ölkəmizin bütün təbəqələrini özündə birləşdirən 740 min nəfər fəal üzvü var. Partiyada xeyli sayda Azərbaycanın tanınmış mədəniyyət işçiləri təmsil olunur.

Əli Əhmədov bildirib ki, partiyanın təşkilatçılığı ilə müxtəlif mədəniyyət tədbirləri keçirilir: “Bu gün imzalanacaq sənəd də bu işdə mühüm rol oynayacaq. Prezident İlham Əliyev tərəfindən 2019-cu il ölkəmizə “Nəsimi ili” elan edilib. Tədbirlər planı çərçivəsində bununla bağlı da müxtəlif layihələr reallaşdırılacaq. Mədəniyyət və incəsənət nümayəndələri ilə qarşılıqlı fəaliyyətə yeni təkan vermək niyyətindəyik. Partiyamızın Mədəniyyət Nazirliyi ilə birgə tədbirlər keçirməsi cəmiyyətdə maraq doğuracaq. Birgə əməkdaşlıq fəaliyyətinin istiqamətlərini daha da genişləndirə bilərik. Eyni zamanda partiyamızın gənc üzvləri ilə tanınmış mədəniyyət xadimlərinin görüşləri təşkil oluna bilər”.

Mədəniyyət naziri Əbülfəs Qarayev ulu öndər Heydər Əliyevin ölkəmiz qarşısındakı xidmətlərindən danışaraq qeyd edib ki, ümummilli lider hər zaman fəaliyyətində xalqına arxalanırdı: “Həmişə Azərbaycan mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğı ilə yanaşan ulu öndər onun inkişafı, təbliği istiqamətində mühüm addımlar atıb. Bu gün bu siyasət Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir. Birinci vitse-prezident Mehriban Əliyeva Azərbaycan mədəniyyətinin dünyada tanıdılması üçün böyük işlər həyata keçirir. Azərbaycan xalqının ən çətin məqamında ulu öndər Heydər Əliyev ölkəyə qayıdaraq vətənimizi tənəzzüldən qurtardı. Onu inkişaf etdirərək tamamı ilə yeni bir mərhələyə qaldırdı. Bu gün ölkəmiz yeni inkişaf yoluna qədəm qoyaraq daha böyük uğurlara imza atır”.

Əbülfəs Qarayev YAP-la Mədəniyyət Nazirliyinin həyata keçirəcəyi birgə fəaliyyətin ölkəmizin mədəni həyatının daha da inkişafına xidmət edəcəyini bildirib. Təqdim olunan Fəaliyyət planının əhəmiyyətindən bəhs edən nazir bu sənəd çərçivəsində bir sıra mühüm tədbirlərin keçirilməsinin nəzərdə tutulduğunu vurğulayıb: “Yeni Azərbaycan Partiyası ilə mədəniyyət sahəsində həyata keçiriləcək bu tədbirlər ölkəmizin mədəni həyatının, insanların mədəni fəaliyyətlərdə daha geniş təmsil olunmasını təmin edəcək. Bu layihə ölkə miqyasında həyata keçiriləcək”.

Nazir vurğulayıb ki, bu gün ölkəmizin hər yerində yüksək şəraiti olan Heydər Əliyev mərkəzləri fəaliyyət göstərir: “Bu mərkəzlər gənclərimizin vətənpərvər ruhda böyüməsi, onların gələcək inkişafının təmin olunması üçün böyük bir vasitədir. Birgə əməkdaşlıq Heydər Əliyev irsinin gənc nəslə daha dolğun şəkildə çatdırılmasında böyük rol oynayacaq. Bu yaxınlarda ölkəmizdə fəaliyyət göstərən Heydər Əliyev mərkəzlərinin fəaliyyətini birləşdirən vahid portal istifadəyə verildi. Bu da özlüyündə həmin mərkəzlərin fəaliyyətini bir portaldan izləməyə imkan verir”.

Sonra Mədəniyyət Nazirliyi Xalq yaradıcılığı və mədəni marşrutların inkişafı şöbəsinin Xalq yaradıcılığı sektorunun müdiri, YAP Səbail rayon təşkilatı mədəniyyət işçiləri ilk ərazi təşkilatının sədri Vüqar Məmmədov Fəaliyyət planına dair təqdimatla çıxış edib.

Məlumat verilib ki, bu sənəd Mədəniyyət Nazirliyi tərəfindən 5 mindən çox mədəniyyət müəssisəsi, 60 min nəfərdən çox bu sahədə çalışan əməkdaş, habelə YAP tərəfindən 80-dən çox rayon təşkilatı və 740 min nəfər üzvü əhatə edəcək.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO