“Biznesin müflis olması yalandır…”
Rusiya mediası İosif Priqojin, Valeriya və Xalq artisti Emin Ağalarovun birlikdə açdığı biznesinin müflis olduğunu yazmışdı.
Rakus.az xəbər verir ki, “Good food style” adlanan və sağlam qidalar satışı ilə məşğul olan şirkət məşhurlar tərəfindən 2018-ci ildə qurulub.
Bir il sonra isə biznesin qazancı mənfiyə doğru getməyə başlayıb. 2020-ci ildə şirkətin 4,7 milyon rubl ziyan etdiyi açıqlanıb.
Məsələ ilə bağlı ilk dəfə Valeriya açıqlama verib.
O deyib: “Onlayn çatdırma ilə məşğul olan şirkət açdıq. Biznesin müflis olması yalandır. Xəbərləri oxuyanda Eminə zəng vurdum, belə bir hal olmadığını dedi. Bu biznesin xırda məslələri ilə məşğul olmuram. Burada ancaq yaradıcı tərəflə məşğulam. düzdür, pandemiya bizim üçün çətin ərəfə oldu. Amma ayaqda qaldıq və çalışmağa davam edirik”.