Dünya 11.08.2020 18:00

BMT Livana 50 min ton buğda unu göndərir

BMT-nin Dünya Ərzaq Proqramı idarəsi ərzaq çatışmazlığı ilə mübarizə üzrə tədbirlər çərçivəsində Livana 50 min ton buğda unu göndərəcək.

Rakus.az xəbər verir ki,bu barədə BMT-nin humanitar məsələlər üzrə idarəsi məlumat yayıb.

“Beyrut limanında yerləşən taxıl anbarlarına dəyən zərəri nəzərə alaraq ölkə əhalisinin ərzaq çatışmazlığını aradan qaldırmaq məqsədi ilə Livana 50 min ton buğda unu göndəriləcək”, – idarənin məlumatında bildirilir.

Avqustun 10-da BMT-nin Dünya Ərzaq Proqramı idarəsinin icraçı direktoru Devid Bizli Beyrut limanının fəaliyyətinin iki həftə ərzində bərpa olunmayacağı təqdirdə Livanda çörək qıtlığı yarana biləcəyi barədə xəbərdarlıq edib.

Onun sözlərinə görə, bir müddət öncə bu ölkəyə göndərilən 17,5 min ton buğda iki həftə ərzində Beyruta çata bilər ki, bu da ölkənin 20 günlük çörək təminatını ödəyə bilər. Bundan başqa, idarənin ərzaqla dolu üç yük təyyarəsinin artıq Livan paytaxtının hava limanına endiyi bildirilir.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış dalğası şəhərdəki binaların yarısını zədələyib. Son məlumata görə, insident nəticəsində 154 nəfər həlak olub, 5 minə yaxın insan müxtəlif dərəcəli xəsarətlər alıb, onlarla şəxs itkin düşüb, 300 min insan isə evlərini itirib. Partlayış ölkənin buğda ehtiyatının 85 faizinin saxlanıldığı anbarları dağıdaraq ərzaq təhlükəsizliyinə böyük zərər vurub.

Livan hakimiyyətinin məlumatına görə, partlayışlara altı il öncə gömrük xidmətinin müsadirə etdiyi və limandakı anbarda saxlanılan 2 min 750 ton ammonium nitrat səbəb olub.
Hazırda Livan idxalatının 75 faizini təmin edən limanın fəaliyyəti tam dayanıb. Partlayışın ölkəyə ən az 3 milyard dollar zərər vurduğu bildirilir.

XƏBƏR LENTİ
Siyasi, Sosial / 18.04.2025 22:59
“Yük maşınları ilə dolu əhali Türkiyəyə keçmək istəyirdi” - FOTO - VİDEO
Siyasi, Sosial / 18.04.2025 13:22
Vətən həsrəti ürəyində od kimi yanan Güləhməd İmanovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?” - VİDEO
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO