Bu gün Novruzun ilk çərşənbəsidir
Bu gün Azərbaycanda Novruzun ilk çərşənbəsi qeyd edilir.
Rakus.az xəbər verir ki, fevral ayının 24-ü ilin ilk çərşənbəsi. yəni Su çərşənbəsidir.
Su çərşəmbəsi türk dünyasının minilliklərdən gələn inanc və dünyagörüşünün parlaq təcəssümüdür. Su – türklükdə həyatın, təmizliyin, dirçəlişin və ilahi başlanğıcın rəmzi olmuşdur. Əcdadlarımız axar suyu müqəddəs bilmiş, onu paklıq və yenilənmə mənbəyi saymışlar. Bu bayram da məhz o qədim türk yaddaşının, milli kimliyimizin və mənəvi köklərimizin yaşamasının göstəricisidir.
İnanclara görə, Tanrı suyu ilk olaraq yaratdığı üçün ilk çərşənbə kimi Su çərşənbəsi qeyd edilir. Bəzi mənbələrdə ona “əzəli çərşənbə”, “gül çərşənbə” də deyirlər.
Yaz fəslinin gəlişini xəbər verən Novruz bayramı ilin başlanğıcı kimi də qəbul edilir. Məhz buna görə də insanlar onun su kimi şəffaf və gözəl keçməsini arzulaya bilərlər. İlk tonqalın Su çərşənbəsində yandırılması buzların əriməsi, artıq qışın arxada qalmasının göstəricisidir.

Xat;rladaq ki, bu il Od çərşənbəsi martın 3-də qeyd ediləcək. Martın 10-da Yel çərşənbəsi olacaq. Novruzun ilaxır çərşənbəsi olan Torpaq çərşənbəsi isə martın 17-nə təsadüf edir.
Yaz fəsli martın 20-də Bakı vaxtı ilə saat 18:45:53-də Azərbaycana daxil olacaq.
Su kimi saf, duru və güclü olaq! Birliyimiz su tək axar, davamlı və qarşısıalınmaz olsun! Qoy bu əziz gün hər ocağa ruzi-bərəkət, hər ürəyə ümid, hər ailəyə sağlamlıq gətirsin!














