Mədəni 16.04.2019 14:18

Bu Mirzə Cəlil əmanətidir – Gülçin Cəmil

 Tarix və şəxsiyyət fəlsəfi məzmunlardır. Tarix boyu belə bir sual olub: görəsən, tarixi şəxsiyyət yaradır, yoxsa şəxsiyyət tarixi? Düzü, mən də deyə bilmərəm. Amma onu bilirəm ki, elə həmin tarixlərdə iz qoyan şəxsiyyətlərdən biri də Cəlil Məmmədquluzadədir.  O Mirzə Cəlil ki, bütün ömrü boyu xalqının, millətinin savadlanması üçün çalışıb, həmvətənlərini daim dünyagörüşlü insanlar arasında görmək istəyib, onların tərəqqisi, milli-mənəvi düşüncələrinin inkişafı üçün əlindən gələni əsirgəməyib. Müxtəlif zamanlarda, fərqli yerlərdə pedaqoji fəaliyyətlə məşğul olub. Mirzə Cəlil sözün həqiqi mənasında müəllim, müdrik insan olub. O, Azərbaycan mətbuat tarixində satirik tənqidi üslubun və  satirik mətbu orqan olan “Molla Nəsrəddin” jurnalının əsasını qoyub. Bu jurnal nəinki Azərbaycanın,  eləcə də, digər Qafqaz xalqlarının oyanış və dirçəlişində mühüm rol oynayıb. “Molla Nəsrəddin” jurnalı bundan sonra yaranacaq satirik mətbuat üçün də təməl daşı olub.

  Cəlil Məmmədquluzadə daim mövhumat və cəhalətə qarşı vuruşub, milləti qəflət yuxusundan oyatmağa çalışıb. Elə 1909-cu ildə yazmış olduğu məşhur “Ölülər” əsəri də bunun bariz nümunəsidir. Bu əsər ümumən türk dünyasında cəhalət və mövhumata qarşı uğurla mübarizə aparacaq gücə malikdir.  Əslində dahi şəxsiyyət “Ölülər” deyərək bu dünyadan köçmüşlərə deyil, həyatda olan, yaşayarkən ölən həmvətənlərinə səslənir. Düzdür, artıq zaman dəyişib. Ölkəmiz müstəqildir. Düşünən beyinlər gündən-günə artmaqdadır. Amma, əfsuslar olsun ki, hələ də falçı yanına gedən, mövhumata inanan insanlar da az deyil. Mirzənin diliylə səslənirəm: “Ey yatanlar, oyanın, mənəviyyatını satıb sizi aldadanlara inanmayın, onlarla mübarizə aparın.”

 Doğma dilini sevən, onu müqəddəs hesab edən Cəlil Məmmədquluzadə hələ 1920-ci ildə yazdığı “Anamın kitabı” tragikomediyası bütünlüklə milli istiqlala, azərbaycançılıq əqidəsinə həsr olunub. Əsərin hər abzasında müəllifin azərbaycançılıq mövqeyi açıq-aydın hiss olunur. Tənqidçilər əsəri Zəhrabəyim ananın faciəsi kimi təqdim edirlər, ancaq mən belə düşünürəm ki, “Anamın faciəsi” yalnız Zəhrabəyim ananın deyil,  həm də milli ruhunu itirmiş, öz soy-kökünü unutmuş, ana dilində danışmağı özünə ar bilən insanların faciəsidir. Gəlin milli ruhumuzu, soy-kökümüzü, tariximizi və xüsusilə də ana dilimizi unutmayaq. Əmanətə xəyanət etməyib,  onu qoruyaq. Ona görə ki, bu bizə Mirzə Cəlil əmanətidir.

Gülçin Cəmil,

BDU-nun jurnalistika fakültəsinin II kurs tələbəsi

XƏBƏR LENTİ
Siyasi, Sosial / 10.03.2026 23:28
Bığlı Hüseyn Saraclı, Boğazkəsən, Boğazkəsən Yolu, Boğakar- türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 10.03.2026 14:22
Ermənilərin Beqli Hüseyn, Bexlu dediyi türk yurdu – ANONS - VİDEO
Gündəm, Mədəni / 10.03.2026 00:28
Bu gün Yel çərşənbəsidir
Gündəm, Mədəni / 09.03.2026 10:57
Bu gün Beynəlxalq Qadınlar Günüdür
Mədəni / 07.03.2026 23:07
İlaxır çərşənbədə bəd ruhlardan qorunmağın yolu - VİDEO
Siyasi, Sosial / 06.03.2026 23:05
“İravan Teatrının divarı söküləndə daşlarını ermənilərə vermədim” - FOTO - VİDEO
Siyasi, Sosial / 06.03.2026 14:22
“Ermənilər bizdən qorxurdular” – Məmmədəli Səfərovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Siyasi, Sosial / 03.03.2026 23:39
Birinci Qayaxaraba, Birinci Qılıcyataq, Bitlicə – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 03.03.2026 14:22
Türk Qılıncyatağının Suser olma sirri – ANONS
Mədəni / 03.03.2026 00:04
Bu gün Od çərşənbəsidir
Mədəni / 28.02.2026 22:16
Çərşənbələrdə hansı əməllər taleyi dəyişdirir? - VİDEO
Siyasi, Sosial / 27.02.2026 23:30
“Babam ermənilərə görə, həmişə yatağına tüfəng qoyurdu” - FOTO - VİDEO
Siyasi, Sosial / 27.02.2026 14:22
“Zəngəzurun həsrətini çəkirik” – Arif Əfəndiyevin “Həyat Hekayəsi” – ANONS - VİDEO
Gündəm / 26.02.2026 15:02
Xocalı Soyqırımı Memorialının açılış mərasimi – TAM MƏTN - FOTO
Gündəm / 26.02.2026 00:02
Xocalı soyqırımından 34 il ötür - FOTO
Gündəm, Mədəni / 25.02.2026 21:10
“Xocalı. Son toy…” - VİDEO
Siyasi, Sosial / 24.02.2026 23:41
Bəxtiyar, Bilək, Birəli, Birinci Alyanlı, Birinci Bəhlul – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Sosial / 24.02.2026 14:22
436 yaşlı türk kəndi necə erməniləşdirildi? – ANONS - VİDEO
Mədəni / 24.02.2026 00:02
Bu gün Novruzun ilk çərşənbəsidir
Sosial / 23.02.2026 13:39
Sevincli olduğu qədər də kədərli…
Mədəni / 21.02.2026 23:34
“Qərbi Azərbaycan qayaüstü təsvirləri və qədim dəfn adətləri” - VİDEO
Siyasi, Sosial / 20.02.2026 23:16
“Hovik adlı kənd sovet sədri dedi ki, hamınız çıxmalısınız” - FOTO - VİDEO
Siyasi, Sosial / 20.02.2026 14:22
“Zəfər qatarı ilə qayıdacağıq” – Cəmilə Babayevanın “Həyat Hekayəsi” -ANONS - FOTO
Sosial / 20.02.2026 10:54
“Qalib xalqın Qəhrəmanları” İsmayıllıda - FOTO
Elm və təhsil / 20.02.2026 10:01
“Qərbi Azərbaycan Rəssamları” kitabının təqdimatı olub - FOTO
Mətbuat / 18.02.2026 09:00
Etibarlı və dinamik xəbər mənbəyi olan Baku TV 8 yaşında - VİDEO