Mədəni 10.09.2023 21:05

Bu xalçanı 12 ildən bir yalnız bu tarixdə yumaq olar - FOTO - VİDEO

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “Bu xalçaları darda saxlayanda fəlakət olur” adlı veriliş efirə gedib.
Rakus.az xəbər verir ki, verilişdə Qərbi Azərbaycanın Pəmbək mahalının Qursalı kəndinin sənətkarlığından, tarixindən, mədəniyyətindən və məişətindən söz açılır: “Qursalı kəndi qədim türklərin yaşayış məntəqələrindən. Bu kəndin tarixi həm onun daş abidələrində, həm yaddaşlarda, həm də adət-ənənələrində qorunur.  1988-ci ilin əvvəlindən Qərbi Azərbaycandan türkləri qovmaq  ermənilərin məqsədi idi. Bu plan Pəmbək mahalının Qursalı və digər kəndlərinin boşaldılması, əhalinin oradan köçürülməsi idi”.
Verilişdə Qursalı xalçalarından söz açılır, əl işlərində inanclarının düzgün, rəngarəng şəkildə çatdırılması göstərilir. Bildirilir ki, Qursalı xalçaçılıq məntəqəsi kimi öz dəsti-xəttini yaradıb.
Süjetdə Qursalı xalçalarının 12 ildən bir hansı tarixdə yuyulmasına və hansı xalçaları darda saxlayanda fəlakət olur müəmmasına aydınlıq gətirilir.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş sentyabrın 10-da saat 19:30-da Baku Tv-nin efirində və Youtube kanalında yayımlanıb.

XƏBƏR LENTİ
Gündəm / 11.09.2023 20:03
Xocalı faciəsi hansı soyqırımının təkrarı idi? | QƏRBİ AZƏRBAYCAN XRONİKASI - FOTO - VİDEO
Mədəni / 10.09.2023 21:05
Bu xalçanı 12 ildən bir yalnız bu tarixdə yumaq olar - FOTO - VİDEO
Mədəni, Sosial / 09.09.2023 19:47
Ermənilər Arçuta girməyə niyə qorxdu? - FOTO - VİDEO
Hadisə / 09.09.2023 11:52
Osmanlının silahlarını gizlətdiyi müəmmalı yer – ANONS - VİDEO
Gündəm, Sosial / 08.09.2023 20:03
“Azərbaycanlı aktrisa ermənilərə öz dillərində müraciət etdi” - FOTO - VİDEO
Gündəm, Təhlil / 08.09.2023 17:59
Gizli səfərbərlik kampaniyası – İrəvanın müharibə istəyi – TƏHLİL - VİDEO
Sosial / 08.09.2023 13:43
“Nənəm Dilican bulağından bir qurtum su içib sonra ölmək istəyirdi” – ANONS - VİDEO
Siyasi / 07.09.2023 19:51
Xaricdə yaşayan ermənilərin təcili köçü başladı - FOTO - VİDEO
Gündəm, Təhlil / 07.09.2023 16:19
İran – İslam düşmənlərinin dəyirmanına su tökən rejim – TƏHLİL
Dünya, Gündəm / 07.09.2023 12:02
Paşinyan xaricdəki erməniləri təcili Ermənistana köçürür – ANONS - VİDEO
Gündəm / 06.09.2023 19:41
Ermənilərin kütləvi qırğınlar törətdiyi Zəngibasar mahalı - FOTO - VİDEO
Siyasi / 06.09.2023 18:00
UNESCO QAİ-nin xahişinə müsbət cavab verib
Siyasi / 06.09.2023 13:07
Ərazisi və əhalisi param-parça edilən mahal – ANONS - VİDEO
Gündəm, Mədəni / 05.09.2023 19:52
Tanınmış erməni ziyalıları Ermənistan hakimiyyətinə qarşı - FOTO - VİDEO
Dünya, Təhlil / 05.09.2023 15:23
Ərdoğanın cəhdi – Putinin qlobal aclığı gücləndirmək istəyi – TƏHLİL
Gündəm, Siyasi / 05.09.2023 13:07
Erməni ziyalıların “dövlət saxtakarlığı”na qarşı üsyanı – ANONS - VİDEO
Siyasi / 04.09.2023 20:05
“Bizim evimizdə ən qorxulu, vahiməli ifadə “köç” sözü idi” - VİDEO
Mətbuat / 04.09.2023 11:16
İsmayıl Nəsibli mətbuat katibi təyin olundu
Mədəni, Sosial / 02.09.2023 19:42
Nərimanlıda toy günü gəlini niyə suya salırdılar? - FOTO - VİDEO
Gündəm / 02.09.2023 12:24
Dörd dəfə qaçqınlıq yaşayan Nərimanlı kəndi – ANONS
Sosial / 01.09.2023 19:50
“Yoldaşımı və 3 uşağımı erməni əşyası ilə dəyişdilər…” - FOTO - VİDEO
Mədəni / 01.09.2023 18:20
Arçutdan gələn muzeyin qaranlıq taleyi - VİDEO
Sosial / 01.09.2023 12:14
Erməni və ruslarla eyni kənddə yaşayan Novruz Rüstəmovun həyat hekayəsi – ANONS - FOTO - VİDEO
Siyasi, Təhlil / 31.08.2023 19:39
Qərbi azərbaycanlılar Ermənistan vətəndaşı olacaqlarmı?
Dünya, Təhlil / 31.08.2023 12:20
Paşinyanın “həqiqət” çağırışı – uydurulan yalanın əsiri – ANONS - VİDEO
Dünya, Siyasi / 30.08.2023 19:40
Zəngəzurun 115 kəndi yer üzündən necə silinib? - FOTO - VİDEO