İyulun 18-də səhər saatlarında Azərbaycanın milli aviadaşıyıcısı Budapeştdən Bakıya birbaşa çarter reysi yerinə yetirib.
Rakus.az xəbər verir ki, AZAL-ın məlumatına görə, Macarıstanın paytaxtından həyata keçirilən uçuşa yalnız koronavirus testi vermiş və nəticəsi neqativ olan sərnişinlər buraxılıb. Müəyyən edilmiş qaydalara uyğun olaraq, vətənə qayıdan 48 nəfər sərnişin iki həftə müddətində özünütəcrid şəraitində qalmalıdır.
Xatırladırıq ki, AZAL-ın çarter reysləri Nazirlər Kabineti yanında operativ qərargahın əvvəlcədən razılaşdırılmış planına uyğun qaydada yerinə yetirilir.