Səhiyyə 05.01.2020 20:20

Bunları bilirsinizmi?

Azərbaycanda, təxminən, hər 1000 nəfərdən 10-u skolioz xəstəliyindən əziyyət çəkir.

Rakus.az xəbər verir ki, bu xəstəliyi vaxtında müəyyən etmək elə də asan deyil. Bir çoxu yalnız vücudu əyildikdən və ya donqarlaşdıqdan sonra skolioz olduğunun fərqinə varır.

Skolioz – onurğa sütununun əyriliyi deməkdir. Uşaqlar yeniyetmə dövrünə çatanda çox sürətlə böyüyür və bu zaman onurğadakı ən xırda əyrilik də eyni templə irəliləyir. Həkimlər deyirlər ki, hər uşaq ən azı 2-3 yaşında skolioza görə mütləq müayinə edilməlidir. Uşaq məktəb yaşına çatanda isə valideynləri onun skolioz olub-olmamasını adi gözlə də müəyyən edə bilərlər.

Nəyə diqqət etməli?

Əyriliklər, əsasən, döş və bel nahiyələrində müşahidə olunur. Ən birinci çiyinlərə diqqət edilməlidir. Əgər çiyinlərdə tarazlıq olmasından şübhələnirsinizsə, mütləq həkimə müraciət edin. Bundan başqa, uşağın kürəyinə fikir verin. Nəzərə alın ki, bu gün görünməyən qüsur 2 gün sonra üzə çıxa bilər. Eyni zamanda kürək sümükləri, bud-çanaq oynağı da skoliozdan xəbər verə bilər. Əgər bu sümüklərdən hər hansı biri aşağıdısa, demək narahatlığa əsas var. Bel xətti də müntəzəm olaraq nəzarətdə olmalıdır. Önə doğru əyildikdə bu əlamətlər daha çox nəzərə çarpır. Ön tərəfdən isə “qabırğa donqarlığının” əmələ gəlib-gəlməməsi diqqətdə saxlanılmalıdır. Belə hallarda bir qol digərindən uzun görünür. Bel nahiyəsində yerləşən üçbucaqların assimetrikliyinə də fikir verin.

Skoliozun vaxtında müəyyən edilməsi müalicəsini xeyli asanlaşdırır. Sümüklərin deformasiyası vaxtında əməliyyat, yaxud müalicə olunmazsa, əyrilik özünü get-gedə daha qabarıq göstərir. Nəzərə almaq lazımdır ki, skolioz yalnız bədənin deformasiyasına deyil, eyni zamanda orqanizmdə bir sıra orqanların patoloji dəyişikliklərinə səbəb olur.

Skoliozun dərəcələri

Həkimlər skoliozu 4 dərəcəyə bölürlər:

1-ci dərəcəli – 0-10° dərəcə

2-ci dərəcəli – 11-30° dərəcə

3-cü dərəcəli – 31-60° dərəcə

4-cü dərəcəli – >61° dərəcə

Yeniyetməlik dövründə onurğa sütununun deformasiyası uzun müddət stabil qala bilər. Bəzi hallarda isə xəstəlik çox tez proqressivləşir. Buna görə də bu patologiyası olan uşaqlar daim həkim nəzarətində olmalı, periodik olaraq rentgen müayinəsindən keçməlidirlər. Yalnız bu zaman xəstəliyin irəliləməsini vaxtında aşkar etmək mümkündür.

Müalicə üsulları

Həkimlər skoliozla bağlı diaqnoz qoyduqdan sonra xəstəliyin dərəcəsi ilə bağlı müxtəlif müalicə metodları tətbiq edilir. Əgər xəstəlik 1-ci dərəcədirsə, bu zaman xəstələr müşahidəyə alınır, 6 ayda bir yoxlanılır, bu dövrdə üzmək və pilates tövsiyə edilir.

2-ci dərəcəli xəstəlik zamanı xüsusi korsetlər geyindirilir.

3-cü və 4-cü dərəcə müşahidə olunubsa, cərrahi müalicələr aparılmalıdır. Xəstəliyin dərəcəsinə baxaraq, bir və ya bir neçə əməliyyatlar keçirilə bilər.

Diqqət!

Valideynlər bilməlidirlər ki, övladlarında skolioz yoxsa belə, sonradan qazana bilər. Buna da çox halda ağır məktəb çantaları səbəb olur. Həkimlər qeyd edirlər ki, ağır çantalar hər iki kürək sümüyünü içinə alan şəkildə daşınmalıdır. Bir çiyində və bir qolda daşınan çantalar onurğaya zərər verir. Əgər uşağın duruşu ilə bağlı pozğunluq varsa, kürək çantaları qəti qadağan edilir. Onlar yalnız təkərli çantalardan istifadə etməlidirlər.

XƏBƏR LENTİ
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS
Müsahibə / 07.04.2025 22:53
“Stalin Qərbi azərbaycanlıların Orta Asiyaya köçürülməsini istəyirdi” - VİDEO
Siyasi / 07.04.2025 11:23
Rizvan Nəbiyev: “Ermənistan işğalına son qoyulduqdan sonra regionda defakto sabitlik yaranıb” - FOTO