Səhiyyə 14.01.2020 20:20

Bunları bilirsinizmi?

Hamiləlik dövründə makiyajın, kosmetik vasitələrin ziyanlı olub-olmaması barədə çoxsaylı suallar eşidilir.

Rakus.az xəbər verir ki, bir çox hallarda qadınlar hər zaman olduğu kimi hamilə olduqları dövrdə də hər cür kosmetik vasitələrdən istifadə edir, makiyaj etməkdən çəkinmirlər.

Türkiyəli mütəxəssislər hesab edirlər ki, bəzi kosmetik vasitələrin tərkibində olan maddələr həm doğumdan əvvəl, həm də sonra ana və körpənin sağlamlığına mənfi təsir edir. Uşağın inkişafında ən önəmli dövr ilk üç ay olduğuna görə, bu müddətdə kənar təsirlər daha çox ziyan verir. Ona görə də ilk üç ayda daha diqqətli olmaq tövsiyə edilir.

Mütəxəssislərə görə, hamilə qadınlar istifadə etdikləri kosmetikanın tərkibinə diqqətlə yanaşmalıdırlar. Xüsusilə gün ərzində bir neçə dəfə istifadə olunan dodaq boyaları seçərkən tərkibi mütləq nəzərə alınmalıdır.

Bəzi dodaq boyaları uzun zaman qaldığı halda orqanizmdə qurğuşun maddəsi yaranır. Ona görə də daha təbii maddələrdən hazırlanan dodaq boyaları istifadə olunsa, daha yaxşı olar.

Hesab olunur ki, tərkibində paraben, retinol, oksibenzon, formaldehit, ftalat olan kosmetiik vasitələr istifadə edilməməlidir. Nəmləndiricilər, makiyaj vasitələri, Günəşdən qoruyucu kremlər, qırış kremləri, saça qulluq vasitələrinin tərkibində parabendən geniş istifadə olunur. Həmin maddənin bir sıra xərçəng növlərinin yaranmasına təsiri var, eyni zamanda hormonal balansı poza bilir.

Ona görə də kosmetika alarkən onun haqqında oxumaq, tərkibində paraben olmadığına əmin olmaq lazımdır. Tərkibində retinol olan maddələrdən də uzaq olmaq məsləhət görülür. Retinola daha çox sızanaq müalicəsində istifadə olunan vasitələrin tərkibində geniş rast gəlinir. Həmin maddənin hamiləlikdə düşüklərin və anadangəlmə qüsurların yaranmasında rolunun olduğu bildirilir.

Günəş kremlərini seçəndə tərkibində oksibenzon olan vasitələrə qarşı daha diqqətli olmaq lazımdır. Onlardan çox istifadə eləmək hormonal pozuntulara səbəb olur.

Daha yaxşı olar tərkibində sink-oksid və ya titan-dioksid olan vasitələrdən istifadə olunsun.

Bundan başqa, bildirilir ki, körpənin sağlamlığı üçün lak və saç boyası seçərkən tərkibində formaldehid olmayanlara üstünlük verilməlidir. Məlumatlara görə, formaldehid xərçəng yaranmasına, reproduktiv dövrdə zəhərlənmələrə səbəb olur.

Ftalata lakdan tutmuş, bir çox kosmetik vasitələrin, eləcə də ətirlərin tərkibində geniş rast gəlinir. Bu maddədən həmin vasitələrin daha qalıcı olması üçün istifadə edilir, bu isə orqanizmdə toksinlərin yaranmasına səbəb olur.

Tərkibində metilbenzol olmayan laklar, digər dırnaq vasitələrindən də uzaq olmaq tövsiyə edilir. Onlar da inkişafa mane olur, toksinlər yaradır.

Dişləri ağartmaq üçün istifadə olunan vasitələr də ziyan verə bilər. Hamiləlikdə tərkibində peroksid olmayan ağardıcı məcunlardan istifadə edilməlidir.

Bir sözlə, kosmetik vasitələri həkimlə məsləhətləşib seçmək daha yaxşı olar.

 

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS