Bunları bilirsinizmi?
Dünyada, eləcə də Azərbaycanda ən geniş yayılan xəstəliklərdən biri şəkərli diabetdir.
Rakus.az xəbər verir ki, çox zaman gizli inkişaf edən diabetə ildən-ilə daha geniş rast gəlinir. Problem hətta uşaqlarda, yeniyetmələrdə ciddi fəsadlara səbəb olur.
Həkimlərə görə, əslində şəkəri vaxtında aşkarlamaq və fəsadlarının qarşısını almaq olar. Bunun üçün bu əlamətlərə diqqət etmək lazımdır:
Tez-tez sidiyə getmə və sidik qaçırma
Həddən artıq susama
Ağızda quruluq
Normal qidalanma olduğu halda sürətlə arıqlama
Halsızlıq
Diqqəti cəmləyə bilməmək
Gün ərzində yuxulu olmaq
Bundan başqa, şəkərin yaranmaması, risklərdən uzaq olmaq üçün normal səhər yeməyi yemək, qidalanma porsiyalarını azaltmaq, gün ərzində çoxlu tərəvəz, taxıl məhsulları qəbul etmək, bol su içmək tövsiyə edilir.