Səhiyyə 18.01.2020 20:20

Bunları bilirsinizmi?

Yuxugörmə həmişə insanlara heyrətamiz gəlib.

Rakus.az xəbər verir ki, beynimiz bizimlə oyunmu oynayır, yoxsa yatarkən ruhumuz bədənimizdən çıxıb sərbəstləşirmi? Bu suallar illərdir insanları maraqlandırır.

Bir çox mənbə hələ də iddia edir ki, yuxuda olarkən doğurdan da insan ruhu bədəndən ayrılır. Tibb isə bütün bu vəziyyəti beyin prosesləri ilə izah edir. Yuxugörmənin ən böyük sirri də budur ki, bir neçə saniyə ərzində çox uzun sürən və bir-birini əvəz edən hadisələri görə bilirik. Bəs yuxuda olarkən oradakı zaman anlayışı necə hesablanır? 1-2 saniyə ərzində bu qədər hadisəni necə görə edirik? Özü də nəinki görə, hətta içində olduğumuz hadisəni bütün duyğuları ilə yaşayırıq. Bəs bu necə ola bilər?

Alimlər bu sualların cavabını verməyə çalışıblar. Məsələn, bəzi mənbələr bildirir ki, insan vücudu günün sonunda yorğun olur və daxili orqanlar, əsas da beyin tamamilə zəifləyir. Və insan tam dərin yuxuya keçmədən yuxugörmə baş verir, bu isə düşüncələrimizin sintezidir. Aparılan araşdırmalara görə, görülən yuxuların çoxu unudulur, sadəcə bizə güclü təsir edənlər yadımızda qalır.

Bəzi alimlər isə bildirirlər ki, yuxugörmələr şüuraltı prosesin nəticəsidir. Belə ki, beynimizdə arxa planda qalan hadisələr özünü göstərir və s.

Məşhur psixoloq, eyni zamanda yuxu şərhçisi olan Ziqmund Freyd yuxugörmə barəsində “Röyalar gündəlik həyat qayğıları ilə basdırılan şüuraltı istəklərimizin üzə çıxmasıdır” deyib. Freydə görə, bizim hansı istəklərimizi basdırdığımızdan xəbərimiz olmaya bilər, buna görə də, yuxuda gördüyümüz simvolların mahiyyətini tapmaq və bunu izah etmək çox önəmli məsələdir.

Araşdırmalara görə, insan tamamilə yorulub əldən düşmədiyi günlərdə 4-7 yuxu görə bilər. Amma ola bilər ki, biz bunların heç birini də xatırlamayaq. Bəzən insanlar gördüyü yuxunu unudur, sonra isə həmin yuxuda baş verən hadisəyə oxşar bir halla rastlaşanda onu “mən bunu haradan xatırlayıram” deyir, bu isə narahatlıq yaradır.

Alimlərin qeydinə görə, yuxunun bir neçə növü var: 

1. Sadə yuxular. İnsanlar gün ərzində və ya elə yatmazdan əvvəl yaşanan hadisədən təsirlənərək yuxu görür. Bunlar sadə yuxulardır.

2. Həqiqi yuxular. Bəzi insanlar yuxuda gördüyü hadisələrlə həyatda mütləq rastlaşır. Yuxu şərhçilər deyirlər ki, bu insanlar daha diqqətli olmalı və yuxularını yaxşı dəyərləndirməlidirlər.

3. Gözəl yuxular. Yuxularda uçmaq və üzmək gözəl röyalara nümunə olaraq çəkilir. Bildirildiyinə görə, bu cür yuxular, adətən, səhərə yaxın görülür.

4. Təkrarlanan yuxular. Bu növ yuxularda insan təkrar olaraq eyni hadisəni görür, eyni insanlarla söhbət edir və s. Çox vaxt bu yuxulardakı yerlər və insanlar tamamilə yad olurlar. Ancaq yuxunu görən şəxsə nədənsə elə gəlir ki, oraları tanıyır. Alimlər deyirlər ki, təkrarlanan yuxular, adətən, o zaman ortaya çıxır ki, insanlar xoşbəxt anları zehinlərində dayanmadan düşünürlər.

5. Yuxu içində yuxugörmə. Bəzi hallarda yuxunun içində belə yuxu görə bilirik. Şərhçilər deyirlər ki, bu cür hallarda diqqətli olmaq lazımdır, çünki bunların gerçək olması ehtimalları çox yüksəkdir.

6. Kabuslar. İnsanlar gördükləri yuxudan çox qorxurlar, hətta dəhşətə gələ bilirlər. Bunlara kabus deyilir. Bildirildiyinə görə, bu cür vəziyyət təkrarlanarsa, insan mütləq həkimə müraciət etməlidir, çünki beyində hansısa proses pozğunluğunun olması ehtimalı yaranır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS