Səhiyyə 23.01.2020 20:20

Bunları bilirsinizmi?

Dişlərin sağlamlığını qorumaq üçün əsas şərt gigiyena qaydalarına əməl etməkdir. 

Rakus.az xəbər verir ki, gigiyena qaydaları deyəndə isə ilk növbədə yadımıza dişləri vaxtında və düzgün fırçalamaq düşür. Amma dişlərə düzgün qulluq qaydalarını çoxlarımız bilmirik. Hər gün doğru bilərək etdiyimiz yanlışlar dişlərin vaxtından tez sıradan çıxmasına, onların itirilməsinə səbəb olur. Mütəxəssislər də gündəlik yol verilən bir çox yanlışların dişlərdə, diş ətində problemlərə yol açdığını düşünürlər.

Həmin xətalar hansılardır?

Diş fırçalarını uzun zaman istifadə etmək

Bir diş fırçasının təxmini ömrü üç aydır. Təxminən 200 dəfə istifadə edəndən sonra onu dəyişməlisiniz. Uzun zaman işlənən fırça dişləri düzgün təmizləyə bilməməklə yanaşı, həm də bakteriya mənbəyi sayılır.

Dişləri lazım olduğu qədər fırçalamamaq – Fırçalamaya təxminən 1 dəqiqəyə yaxın zaman ayırmaq lazımdır. Fırçanı düzgün hərəkət etdirmək lazımdır.

Diş fırçası həm dişlər, həm də diş əti ilə təmasda olmalıdır. Ön, üst və alt dişlərin arxasını belə, fırçalamaq lazımdır. Fırçanı hər zaman 45 dərəcəlik bucaq altında tutmaq, qısa dairəvi hərəkətlər etdirmək lazımdır. Dişləri hər gün fərqli tərəfdən başlayıb fırçalamaq lazımdır. Bir dəfə sonda təmizlənən bölgəni növbəti dəfə birinci fırçalamaqla daha yaxşı təmizliyə nail olmaq olar.

Dişləri fırçalayandan sonra ağızı çox su ilə yaxalamaq – Fırçalayandan sonra ağızı bol su ilə yaxalamaq olmaz. Çünki belə edəndə diş məcununun tərkibində olan flor mənimsənilmir.

Diş fırçasını hamamda saxlamaq – Diş fırçasını hamam saxlamaq düzgün deyil. Fırça hamamdan kənarda, qapalı yerdə saxlanmalıdır. Böyüklərlə uşaqların diş fırçaları bir yerə qoyulmamalıdır.

Diş sapı istifadə etməmək – Hər gün diş sapı istifadə etməyi alışqanlıq halına gətirmək lazımdır. Diş fırçası təmas edə bilmədiyi yerlərdə, dişlərin arasında qalan qida qalıqları mütləq təmizlənməlidir.

Dili təmizləməmək – Dişlərlə yanaşı dilin üzəri də fırçalanmalıdır. Çünki dilin üzərində çoxlu sayda bakteriyalar toplanır. Dili təmizləmək həm də nəfəsdən pis qoxunun gəlməsinin qarşısını alır.

Sərt diş fırçası istifadə etmək – Bu, dişlərə, diş ətinə zərər verir. Yumşaq və ya orta sərtlikdə olan fırça seçmək lazımdır. Sərt fırça xüsusən soyuq qidalar, su qəbul edildiyi halda həssaslıq yaradaraq ağrıya səbəb olur.

Gündə iki dəfədən çox diş fırçalamaq – Dişləri gündə iki dəfədən çox fırçalamaq olmaz. Bəziləri dişlərini gündə 3-4 dəfə fırçalayır. Bu, düzgün deyil. İki dəfədən çox fırçalamaq diş ətinə ziyan verir, diş minasını aşındırır.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS