Səhiyyə 10.02.2020 20:20

Bunları bilirsinizmi?

Bir çox hallarda hamiləliyi sona qədər çatdırtmaq mümkün olmur.

Rakus.az xəbər verir ki, hamiləlik vaxtından əvvəl başa çatır. Belə xoşagəlməz halların bir çox səbəblərinin olduğu bildirilir.

Hamiləliyin pozulması dedikdə mama-ginekoloqlar hamiləliyin 37 həftəyədək pozulmasını nəzərdə tuturlar. Əgər bu, 22 həftəyədək baş veribsə, buna “düşük”, daha gec olubsa erkən doğuş deyilir. Birinci halda körpənin həyatı uğrunda mübarizə aparmağa dəyməz, ikinci halda isə halda uşağa həyat vermək üçün həkim əlindən gələni edir. Qadında düşük və ya erkən doğuş iki dəfədən artıq baş veribsə, o zaman “adəti düşük” diaqnozu qoyulur.

Bəs hamiləlik hansı səbəblərdən pozulur?

– Hormonal pozuntular – yumurtalıq, plasenta funksiyalarının çatışmazlığı, estrogen və ya progesteron defisitilə nəticələnən böyrəküstü vəz funksiyalarının pozulması və ya kişi cinsi hormonlarının (androgenlərin) artıqlığı;

– Dölün xromosom və gen anomaliyaları, hansı ki, həyat ehtimalını sıfıra endirir (xüsusən də erkən düşüklərdə). Belə hallarda ümid gələcək hamiləliyin uğurlu olacağına qalır. Yəni, genetik kod pozuntusundan heç kim sığortalanmayıb. Yaş artdıqca genetik anomaliyaların yaranma riski artır, ona görə də yaşı 30-dan yuxarı olan qadınlara hamiləlik planlaşdırarkən genetik müayinədən keçmək tövsiyə olunur;

-İstmiko-servikal çatışmazlıq;

– Kəskin infeksion xəstəliklər (qrip, qızılca və s.)

– Cinsiyyət yollarının xroniki infeksiyaları (xlamidioz, mikoplazmoz və s.). Mikroorqanizmlər uşaqlığın selikli qişasının iltihabına səbəb ola, hamiləliyin inkişafını poza bilər;

– Uşaqlığın inkişaf qüsurları;

– Uşaqlıq (miomalar) və yumurtalıqların şişləri;

– Süni abortlar;

– Hamiləlik zamanı əlavə yüklənməyə məruz qalan digər orqanların, məsələn, böyrək, ürək-damar, endokrin və başqa sistemlərin xəstəlikləri;

– Pis vərdişlər (siqaret çəkmək, alkoqolizm, narkomaniya);

– Həddindən artıq fiziki və əsəbi gərginlik;

– Ətraf mühitin zərərli təsirləri (radiasiya, ziyanlı kimyəvi maddələr, dərman preparatları və s.). Ağır fiziki əmək, zərərli istehsalatda iş, vibrasiyanın təsiri (məsələn, stüardessalarda) düşük riskini artırır;

– İmmunoloji səbəblər. Təkrar hamiləlik zamanı ananın orqanizmi dölü zədələyən maddələr ifraz edə bilər. Belə vəziyyət rezus-konflikt zamanı yaranır;

– Travmalar.

XƏBƏR LENTİ
Siyasi, Təhlil / 17.04.2025 22:38
“Qərbi Azərbaycanlılara mədəni muxtariyyət verilir?”
Mədəni, Mətbuat / 17.04.2025 19:52
“Məqsəd dağıdılan mədəni irsimizi bərpa etməkdir”   - FOTO - VİDEO
Təhlil / 17.04.2025 14:36
Ermənistan qanunvericiliyini dəyişdirəcək – ANONS
Elm və təhsil / 16.04.2025 22:17
“İrəvanın tarixi 500 il yox, 2800 ildir adı türkcədir” - VİDEO
Hərbi, Mətbuat / 16.04.2025 18:22
Şəhid jurnalistin hamını ağladan son mesajı - FOTO - VİDEO
Elm və təhsil / 16.04.2025 13:56
Haylar Anadoluya Balkanlardan gəlib – ANONS - VİDEO
Gündəm, Hərbi / 16.04.2025 00:01
Şəhid jurnalist Məhərrəm İbrahimovun doğum günüdür - FOTO - VİDEO
Siyasi, Sosial / 15.04.2025 22:01
Arx qırağı, Arxac, Arxaşan, Arxüstü, Arcut, Arxaşan çay – türk tarixinin izi - FOTO - VİDEO
Siyasi, Video müsahibə / 15.04.2025 18:49
“Ermənilər faktları gizlətmək naminə köçürülməni əks etdirən abidəni söküblər” - VİDEO
Siyasi, Sosial / 15.04.2025 14:39
Erməniləşdirilən qədim məkanlar – ANONS - VİDEO
Müsahibə, Siyasi / 15.04.2025 13:22
“Ermənilər hələ də işğalçılıq hissi ilə yaşayırlar” – ANONS
Elm və təhsil, Gündəm / 15.04.2025 10:06
İnsanlara görmək sevinci bəxş edən Zərifə Əliyevanın anım günüdür
Video müsahibə / 14.04.2025 22:10
“Ermənilərin azərbaycanlılara təzyiqindən danışmaq qadağan edilmişdi” - VİDEO
Mətbuat, Təhlil / 14.04.2025 10:37
Ermənistan indi bu 3 şərtə əməl etməlidir – TƏHLİL - FOTO - VİDEO
Mədəni / 12.04.2025 22:52
“Ölən şəxsin adına yeməyə duz atmaq adəti” - VİDEO
Siyasi, Sosial / 11.04.2025 22:23
“Günvurma və yatalıq xəstəliyindən yaşlılar, uşaqlar dünyasını dəyişib” - FOTO - VİDEO
Siyasi, Sosial / 11.04.2025 13:22
“O torpağa qədəm basacağıq” – İlkin Təhməzovun “Həyat Hekayəsi” – ANONS - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 22:33
“Qafqaza Qərb qüvvələrini İrəvanın yerləşdirməsi İrana qarşıdır” - VİDEO
Hərbi, Təhlil / 10.04.2025 13:22
“Ermənistan parçalana bilər” – ANONS - VİDEO
Siyasi, Təhlil / 10.04.2025 11:45
Deputatdan AÇIQLAMA: “Ermənistanın əhəmiyyətini süni şəkildə qabardırlar”
Siyasi / 09.04.2025 22:32
“Ermənistan bölünür, 9 min kvadrat kilometr ərazidə İrəvan Respublikası qurulur” - VİDEO
Siyasi / 09.04.2025 13:27
“Paşinyan bu şəxsləri Azərbaycana təhvil verəcək” – ANONS - VİDEO
Siyasi, Sosial / 08.04.2025 22:27
Armudlu, Armudlu dərəsi – türk tarixinin izi - VİDEO
Müsahibə, Siyasi / 08.04.2025 18:35
“Almanlar və rus sektantlarının Qərbi Azərbaycan ərazisinə köçürülməsi ideyası ermənilərin köçürülməsi ilə əvəz olundu” - VİDEO
Siyasi, Sosial / 08.04.2025 14:35
Adı Tufaşen qoyulan qədim türk yurdu – ANONS - VİDEO
Elm və təhsil, Müsahibə, Siyasi / 08.04.2025 13:22
“Qriqori Karqonov cəllada çevrilmiş “qəhrəman” – ANONS